Şübhə 2: Müsəlmanlar qızlarını evləndirərkən onların fikrini nəzərə almır, zorla ərə verirlər

Vaxtilə evli olmuş (dul və ya boşanmış) qadın isə evlilik barədə təkbaşına qərar verə bilər.

2. İslami cəmiyyətdə qızlar və oğlanlar bir-birindən ayrı yetişdikləri üçün həyat yoldaşı seçməkdə valideynlərin öz övladlarına kömək etmələri tövsiyə olunur.

3. Yeniyetmələrin evi tərk edib, iş tapıb, öz başlarının çarəsinə baxmaları tələb olunan Qərb cəmiyyətində valideynlərin daha sonra evlilik barədə övladları üçün hər hansı bir təklif irəli sürmələri, əlbəttə ki, absurddur. Məhz buna görə də qərblilər övladlarına evlənməkdə kömək etməyə çalışan müsəlman valideynləri anlamaqda çətinlik çəkir və bunu məcburi evləndirmə kimi başa düşürlər. Halbuki, valideynlər sadəcə təklif edirlər. Bu təkliflə razılaşıb-razılaşmamaq, gələcək həyat yoldaşının həm xarici görünüşünü, həm də dünyagörüşünü bəyənib bəyənməmək gəncin öz öhdəsinə buraxılır.

4. Təəssüf ki, bəzi müsəlman valideynlər arasında (Pakistan, Hindistan, Banqladeş və sair kimi ölkələrdə, həmçinin ölkəmizin ucqar yerlərində bu hallara tez-tez rast gəlmək olar) öz övladlarını əmioğlu, dayıoğlu, xalaoğlu və bibioğlu ilə evlənməyə məcbur edən hallar geniş yayılıb. Məsələn, yuxarıda adları çəkilən ölkələrdən olub Qərbdə yaşayan bəzi müsəlmanlar üçün məcburi qohum evliliyi Şərqdə yaşayan qohumlarını da Qərbə çəkmək üçün bir vasitə olaraq istifadə olunur. İş o yerə gedib çatıb ki, İngiltərənin bir çox qəzetlərində müsəlman qızların London aeroportunda məcburi evililikdən xilas olunması ilə bağlı xəbərlər yer alır. Həmçinin, Qərbdə yaşadığı halda Pakistan və Hindistanın hansısa kəndində yaşayan qohumuna ərə getmək istəməyib evdən qaçan müsəlman qızların sayı da az deyil. Bu cür qızlara polis yeni kimliklər verməyə məcbur qalır və, təbii ki, yeni kimlikli, heç kimin tanımadığı qızların şəhər “cəngəlliyindəki” halını varın siz düşünün.

5. 1, 2 və 3-cü bəndləri 4-cü bəndlə qarşılaşdırsaq, bu nəticəyə gəlmiş olarıq:

- İslam məcburi evliliyə nəinki icazə vermir, hətta bu cür evliliyi etibarsız sayır. Lakin buna baxmayaraq bəzi müsəlman cəmiyyətlərdə rast gəlinən məcburi evlilik halları həmin cəmiyyətin öz dinini bilməməsindən, xurafatla dolu adət-ənənələrindən irəli gəlir. Ölkəmizdə beşikkəsmə, göbəkkəsmə və s. kimi adətlər də insanların İslamdan uzaq düşdüklərinin bariz göstəricisidir.

Qeyd: Bu mövzu növbəti yazıda, fərqli başlıq altında davam edəcək...

Növbəti mövzu üçün baxın- Şübhə 3: Evlilikdə ikili standart və ayrıseçkilik

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.