Skip to main content


About us

Yeni nəsil – bizim qayəmizdir.
 
Elmə istəkli, qəlbi imanlı, əməli saleh, niyyəti təmiz olan bir nəsil yetişdirmək. Bizim yetişdirəcəyimiz yeni nəsil artıq qiyamətə qədər nümunə olacaq bir örnək üzrə yetişəcəkdir.
 
Onun həyatına peyğəmbərin işığı nur saçacaq, sahabələr ibrət əsərləri olacaqlar. Bu nəsil insanları yaxşıya çağıran, pisdən çəkindirən mərhəmət və təvazükarlıq örnəyi, ədalət və rifah təminatçısı olacaqdır.Belə bir qayə uğruna biz yola çıxdıq.
 
Yol uzun və çətin olsa da varacağımız mənzil o dərəcədə ülvidir. İstəyimiz isə Allahın razılığıdır. Arzularımızın əkdiyi gözəl ağacın meyvəsi məhz ölkəmizə və insanlığa yeni nəsil verməkdir. Artıq yola düşdük, mənzilə çatmaq qətiyyəti ilə....