Skip to main content


Dialoq: Cahil-Müsəlman


(Cahil)-Salam ay qonşu, nətərsən, necədir vəziyyətin?
(Müsəlman)-Həmd olsun Allahıma, yarı asan, yarı çətin.
(Cahil)-De görüm davam edir yenə də sənin ibadətin?
(Müsəlman)-Həmd olsun Allahıma, sənin də vardı niyyətin,
Sərf eləmir?
(C)-Yox, bilirsən necədi, başımda var xeyli sual.
(M)-Sualın varsa, işin əhlinə ver, cavabını al.
(C)-O qədər şey var uzaq durmalıyam mən, bu nə hal?
(M)-Bunu Allah buyurub ki, nə haramdır, nə halal,
Sərf eləmir?
(C)-Yox bilirsən necədi, tutaq ki, başladım səhər,
(M)-InşəAllah de, bilmək olmaz, olar sabah nələr,
(C)-Keçərsə bir neçə gün, tərk eləsəm, onda nətər?
(M)-Hicr doxsandoqquz, ibadət et ölənə qədər.
Sərf eləmir?
(C)-Yox bilirsən necədi, indi çoxsu qılır namaz,
(M)-Olsa da namaz qılan çox, düşəcək Cənnətə az,
(C)-Bu sözünlə razıyam, eyləmirəm mən etiraz.
(M)-O zaman yaxşıya bax, ibrəti al, eyləmə naz,
Sərf eləmir?
(C)-Yox bilirsən necədi, həyat biraz başımı qatır,
(M)-Məndə səndən betərdi, bu vəsvəsəni şeytan atır,
(C)-Tələsir, gah oxuyur, gah işləyir, gah da yatır,
(M)-Namaz bəlli vaxtlarda fərz qılınıb, sözüm çatır?
Sərf eləmir?
(C)-Yox bilirsən necədi, tək namazla olmur iş həll,
(M)-Düz deyirsən namazdan öncə gərək güclü təməl.
(C)-O təməl nədir elə, burda qeyd elədin özəl?
(M)-Ismi tövhiddir onun, öncə bilməlisən gözəl.
Sərf eləmir?
(C)-Yox bilirsən necədi, təmiz ola insanda ürək.
(M)-Qəlblərin ən təmizi Rəsulullahda olubdu tək.
(C)-Ürəyin olsa təmiz, kifayət eyləmir demək?
(M)-"Əməl və söz"dür iman, eylə bunu beyninə həkk.
Sərf eləmir?
(C)-Yox bilirsən necədi, gözlüyüm qoy yaş çoxalar.
(M)-Nə bilirsən ki, bəlkə indi Mələk canıvı alar.
(C)-Qorxuram çoxsu mənə lağ eliyər və ələ salar.
(M)-Sən sevin ki, əməlindən Yaradan razı qalar.
Sərf eləmir?
(C)-"Yox bilirsən necədi'' cümləsi bir bəhanədir.
(M)-Bunu aldınsa əgər boynuva sən, şəhanədir.
(C)-Nə üçün çoxu mənim kimi İslama biganədir?
(M)-Bu nəfslərdə cəhalət, zülmdən nişanədir.
(C)-Görəsən mən nə edim, tapım düz istiqaməti?
(M)-Sağ-solna fikir ver, günahları tərk eylə qəti.
(C)-Bəs sonra nəcür artırım Islama məhəbbəti?
(M)-Səmimi dua et Allaha, verər hidayəti.
Talha b. Ubeydullah