Skip to main content


Ramazan


Et qəlbivi islahi-səlamət Ramazanda,
Nəfsinlə cihad et, yaşa rahət Ramazanda.
 
İlk dəfə Quran bu ayda olmuş bizə nazil,
İqra-Oxu ilə başlamış ki, olma cahil,
Bizlər oxusaq da Quranı hər ay və hər il,
Bir ayrı olur xətmi qiraət Ramazanda.
 
Hər kəs bu mübarək ayda təqvaya bürünsün,
Kim qalsa əcirsiz yer ilə burnu sürünsün,
Ol səbəbdən bu ayda xeyli əməl görünsün,
Qat-qat yazılar əcri nəhayət Ramazanda.
 
Heç bir oruclu kəs olmasın zərrə kədərli,
Allah qatında ağız qoxusu xeyli dəyərli,
Dünyadə əgər bir balaca olsa səbirli,
Rəyyan qapısından keçər əlbət Ramazanda.
 
Şəhri Ramazanın hələ çox hikməti vardır,
Bir danəsi də varlılarla əlaqədardır,
Qarnı tox olan acı düşünsün, nə qubardır.
Bilsin çəkir aclar nə əziyyət Ramazanda.
 
Vermiş bizə fürsət bu ayı Xaliqi-Subhan,
Vurulur bu müqəddəs ayda zəncirlərə şeytan,
Qoy yaxşılıq etməkdə yarışsın hər müsəlman,
Çün başlıyır əməldə rəqabət Ramazanda.
 
Var min aydan xeyirli Qədr gecəsi qaranlıq,
Ruh, mələklər enir yerə iş üçün bir anlıq,
On gündə tək həmin gecədir əmin-amanlıq,
Həmçin olur duaya icabət Ramazanda.
 
Bitdikdə orucluq ayı bundan sonra dərhal,
Düşsün aşağı nəbadə bizlərdəki əhval,
Eyniylə davam eylə, ötən günvü yadə sal.
Etdin necə bir ayda ibadət Ramazanda.
 
Ver vaxta dəyər, fayda qazan, boş-boşu yatma,
Birdə ki, müsəlmanları duada unutma,
Şair, bu qədər bəsdi, yetər dahə uzatma,
Eylər əsərin məncə kifayət Ramazanda.
 
Talha b. Ubeydullah