Skip to main content


Kişilikdən deyil


Eyliyəcəm bir şeyi e'lan, kişilikdən deyil.
Hər kim atır bizlərə böhtan kişilikdən deyil.
 
Bə'zi avamlar yürüdür intiresni siyasət,
Guya "Vəhabi" ismində yayılıbdır təriqət,
Bu VAllahi iftiradi, başqa cürdür həqiqət,
Kim uydurursa belə dastan kişilikdən deyil.
 
Kim ki, Quran və Sünnəyə biraz meylini saldı,
Yəni ki, şalvar qısalıb, saqqalıysa çoxaldı,
Deyirlər ki, aşırı gedəndi, dindar radikaldı,
Allahın haqq dininə üsyan kişilikdən deyil.
 
Vaxt olub ki, Rəsulullahın ən çətin anında,
Onu salmaq üçün gözdən hər insanın yanında,
Şair və kahin, dəlilik var dedilər canında,
Sanki təkrar olur o dövran, kişilikdən deyil.
 
Şayələr çıxdı bir aralar, yayıldı birbaş,
Saqqal uzunluğuna görə guya alırlar maaş,
Bu din pulla satılmayır, anla bunu arkadaş,
Bucür iftira dolu nöqsan kişilikdən deyil.
 
Sonra söylədilər qruplaşmadı, təşkilatdı,
Kim ora girdi, çıxa bilmiyir, başqa həyatdı,
Avam millət anlamıyır hamısı cəfəngiyatdı,
Ağlıvı yığ başıva ay insan, kişilikdən deyil.
 
Guya beynini doldurmuşuq bu yazıq millətin,
Guya hiyləgərlik edib axtarırıq fürsətin,
Hiylə nədir ay kişi? Olsun qanacaq, mərfətin,
Tülkülük etməz qoca aslan, kişilikdən deyil.
 
Dedilər, "Nöş inanmıyırsınız pir, imamlara?
Sahibdilər Allah qatında yüksək məqamlara,"
Eyliyirsiniz müraciət ölmüş adamlara?
Bucür şirki edər müsəlman? Kişilikdən deyil!
 
Medya vasitəsinin var bu işlərdə çox rolu,
Dəqiq, qərəzsiz ismiylə guya tutublar yolu,
Amma di gəl, sağ yerinə hamıya göstərir solu,
Aşıbdir öz həddini ekran, kişilikdən deyil.
 
Öz gözünün tirini bu dünyadə görmüyən insan,
Əgər başqasının gözündə axtarırsa nöqsan,
Sonra saf əqidəyə hərgahi atırsa böhtan,
Demək onu azdırıbdı şeytan, kişilikdən deyil.
 
Abdullah b. Rəvaha