“Sevirsən”, lakin O belə hesab etmir?–o zaman isbat et!!!

Bəs səni yoxdan var edən, bir heç ikən səni ən üstün varlıq olaraq yaradıb dəyər verən, sənin şərəfinə ən gözəl nemətləri var edib önünə sərən, hər boş şeydən,  etdiyin onlarla günaha baxmayaraq səndən üz döndərməyən və daim tövbə edərək Ona yönələciyini gözləyən Allah`a olan sevgin necə? Bunu isbat edə bilərsənmi?

 “Allah`a qurban olum” demək quru sözdən başqa bir şey deyildir. Şəxslər arasında olduğu kimi Allah`a olan sevginin də isbata ehtiyacı var. Bunun isbatı isə əməllərdir. Sevgilinin səndən narazı olduğunu bildiyin zaman gecələr yatmadığın kimi, Allah`ın səndən narazı olduğunu bildikdə eyni sıxıntını yaşaya bilirsənmi? Sevdiyin şəxs səndən onun sevgisini qazanacaq addımlar atmağını istədikdə, “Qəlbim təmizdir bu bəsdir”, deyirsənmi? Xeyir, əksinə daha artığını etməyə çalışırsan. Bəs Allah açıq şəkildə sənə namazı, orucu, hicabı, halal və haramları bildirərək Öz sevgisini qazanacaq bütün imkanları Özü qarşına çıxardığı halda sən hansı birini edirsən?  Bu cür laqeyd rəftarı sevdiyin şəxs qəbul etməzsə bəs Allah necə qəbul etsin?  Axı bu laqeydliyin səbəbi nədir?

Allah`la söhbətə çıxmış olduğun namazmı sənə ağır gəlir?

Allah`ın: “Mükafatını Özüm verəcəm, Ağız qoxusu Mənə müşk ətrindən daha xoşdur, və bununla kasıbların durumunu anla” dediyi orucmu sənə ağır gəlir?

Əslində Allah`ın sənə qarşı necə Comərd olduğunu, nemət qapılarını önünə sərdiyini göstərən sədəqə verməkmi sənə ağır gəlir?

Allah`ın: “İstə ki, bəxş edim, şükr et ki, daha gözəlini önünə sərim, səni Cənnətə qoyum” dediyi duamı sənə ağır gəlir?

Ey insan!! Bir daha düşün. Düşün ki, əməl və fədakarlıq olmadan sevgini isbat edə bilməzsən. Bu yaradılışın qanunudur!!!...

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.