Skip to main content


Xeyirli övlad üçün edə biləcəyimiz 4 dua

Quranı xətm edərkən oxuyub keçdiyimiz ayələrin içində elə gözəl dualar var ki, biz onların yalnız dördünü yazırıq. Düşünün hələ evli deyilsinizsə, daha dünyaya gəlməyən övladınız üçün illərcə bu duaları etmiş olursunuz. Biz iman edirik ki, Rəbbimiz Mucib – yəni duaları eşidən, qəbul edən və razılıq edəndir.

Bax bu səbəblə illərlə saleh övlad və nəsillər üçün ediləcək dualar şübhəsiz ki, bir yerlərə həvalə ediləcək. Razılıq etmək şəkillərinin hamısı xeyrimizə olduğuna görə, mütləq saleh və mükəmməl uşaqlarımız olacaq deyə bilmərik, amma mütləq bu dualarımız bir xeyrə çevriləcək. Bu isə analıq, atalıq və müsəlmanlıq vəzifəsini çox yaxşı anlamış olmanın verdiyi bir göstərici ola bilər. Bu, yolun rizası üçün hazırlıq görmək deməkdir.

Bu ayələri əzbərləyib namazlarınızda qiraət zamanı yəni Fatihə surəsindən sonra (ərəbcə) oxuya bilərsiniz. Namazdan sonra duanıza da (istədiyiniz dildə) əlavə edə bilərsiniz.

1 - Əli İmran surəsi 38-ci ayə

“Zəkəriyyə Rəbbinə dua etdi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad ver. Şübhəsiz ki, sən, duaları eşidənsən!” dedi.”

1- Al-i İmran Surəsi; 38. Ayə

 

2 -  İbrahim surəsi 40-cı ayə

“Ey Rəbb`im! Məni və soyumdan gələcəkləri namazını doğru qılanlardan et! Ey Rəbb`imiz! Duamı qəbul et!”

2- İbrahim Surəsi; 40. Ayə

 

3 - Furqan surəsi 74-cü ayə

“Və onlar ki: “Ey Rəbb`imiz! Bizə gözümüzün işığı zövcələr və övladlar ehsan et və bizi müttəqilərə imam et!” deyərlər.”

3- Furqan Surəsi; 74. Ayə

 

4 - Saffət surəsi 99-100-cü ayələr

“İbrahim, belə dedi: “Mən Rəbb`imə (Onun əmr etdiyi yerə) gedəcəyəm. O, mütləq mənə yol göstərəcəkdir. Ey Rəbb`im! Mənə salehlərdən olacaq bir övlad bağışla.”

4- Saffat Surəsi; 99-100. Ayələr

 

 

suffagah.com