Skip to main content


Dindarda dinin bitdiyi yer

Bu fikir sizə qəribə gələ bilər. Mən mürtəd olmağı demirəm. Dindarda dinin bitdiyi yer insanlarla və ən əsası nəfsimizlə münasibətdə dinin görünmədiyi yerdir. Din bizdə nə zaman bitir? Biz dünyanın qalıcı olduğunu yaddan çıxarıb hesabını verəcəyimiz mülkiyyəti artırdıqca, “ver Allah`ım ver” dedikcəə, “orada da olsun, burada da olsun, cibim də dolsun, üzüm də gülsün, sevməyən ölsün” dedikcə. Unutmayaq, hər yenilik mal-mülk olaraq qalırsa hesabı da gəlir! Vaxtında qılınmayan namazlar, qaçaraq namazlar, unudulan namazlar, digər günlərdən fərqləndirilməyən cümə günləri, bayramların adiləşməsi dəhşətini gətirir. 

Dindarda din bəzən də ticarətdə bitir. Bir zaman ən ucuz şeyi dindarlar satardı. Hətta yadımdadır, (biz dayı əmi yoldaşına bibi deyərik) bibimin pul cüzdanı bir qardaşın dükanında düşmüşdü. Sədərəkdə o cüzdanı bibimə çadırmaq üçün bütün bazarı qaçan gözəl bir qardaşım bibimi şoka salmışdı. Bibim də onda mənə dedi ki, “sizlərdən idi”. İndi isə təəssüf ki, ey tacir qardaşlarım, satdığınızı baha satırsınız, sanki varlılar kimi yaşamaq arzusu içinizi alıbdır. İçinizi təmizləyin. Siz dindar olmayan bir tacirdən
fərqlənmirsinizsə bilin ki, Allah`ın əzabı şiddətlidir. 

Dinin bitdiyi yerlərdən biri də işlərimizdə məsuliyyət sahibi olmamağımızdır. İşçi olaraq müdirin, usta olaraq ev sahibinin və s. haqqını verməməyimizdir. Ey işçi qardaşım, usta qardaşım və başqa iş sahibi qardaşım, sən Allah`ın qullarını təmsil edirsən, işini təmizlə.

Dinin bitdiyi yerlərdən biri də uşaq tərbiyəsidir. Bu bizim ən ağrılı yerimizdir. Bizim uşaqlarımız danışığında, davranışında və həyata baxışında dindar olmayanların uşaqlarından fərqlənirmi ki, nümunə olsun. Planşet əsirləri uşaqlar, namazsız uşaqlar, hətta böyüklərə söz qaytaran dikbaş uşaqlar.
Ey dindar qardaşım, özümə və sənə səslənirəm- DİNİNİ BİTİRMƏ!!!

Özəl qələmdən...