Möminin halı

               Açıqlama:

Müsəlmanların həyatı iman, şükür və səbr üçbucağında dolaşar. Bu üçbucaq içində ölüncəyə qədər sınağa çekilər. Bəzən zənginlik ilə imtahan edilər. Bəzən də kasıblıqla. Bəzən çox rahat həyatla imtahan edilər bəzən sıxıntılarla.

Allah Rəsulu salləllahu əleyhi v səlləm bu hədisiylə müsəlmanlara bir metod öyrədir ki, Ey müsəlman! Allah səni sıxıntılarla sınayacaqdır. Bu sıxıntılar qarşısında üsyan edib imtahanı uduzma! Sən səbr et qazanclı çıx.

       Ey müsəlman!

Allah sənə genişlik verib zəngin edə bilər. Qətiyyən ağlımı işlədib zəngin oldum demə və aldığın nemətin şükrünü et və gecikdirmə!

Möminlərə, alınan nemətlər qarşısında şükr etməsi, özünə nəsib olan bəlalara da səbr etməsi tövsiyə edilən bu hədisimiz yenə onlarca dərslə yüklüdür. Bunlara maddələr halında baxaq.

      Hədisdən çıxarılan dərslər:

1-Mömin o kəsdir ki, özünü sevindirdiyi bir veziyyət qarşısında şükrünü gecikdirməz, isti-isti şükr edər.

2-Onu sevindirən bütün faktorlarin Allah`dan olduğunu bildiyi üçün şükrünü başqa ünvanlara yönəltməz.

3-Onu sevindirəcək faktorlarin nələr olduğunun açıqlanmaması sevindirəcək olan faktorun ümumi olduğunu göstərir. Günün hərhansı saatında və dünyanın hərhansı bir yerində insan kiçik bir səbəbdən dolayı da sevinə bilər. Bilir ki, o faktorun hazırlayıcısı Allah`dır.

4-Mömin o kəsdir ki, başıcna bir bəla gəlsə, bunun Rəbb`indən olduğunu bilir və xeyrə yozaraq səbr edir. Üsyan etməz.

5-Hədisimiz də bəlanın böyüklüyündən və ya kiçikliyindən bəhs edilməsini görmürük. Böyüklü və kiçikli hər bəlada səbr edilməlidir.

6-Möminin başına gələn bəlanın cinsinin bildirilməmiş olması bəlanın ümumi olduğunu göstərir. Dünyanın hər hansı bir yerində və hər hansi bir zamanda hər növ bəla qarşısında səbr edilməlidir.

7-Mömin o kəsdir ki, bəlanın cinsi və səbəbləri hər nə olursa olsun Allah`ın izni ilə isabət edəcəyinə iman edər.

8-Səbrin sonu xeyirlə nəticələnəcəyindən dolayı mömin, səbr etməyi seçər.

9-Müsəlman o kəsdir ki,həyatının şükür və səbr arasında keçdiyini bilir və həyatını ona görə tənzim edir.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.