Sual 18- Allah bizi sevirsə, niyə bizim günah işləməyimizə icazə verib sonra bizi Cəhənnəmdə yandırır?

Yəni iradəli insanın önündə pis və yaxşı olmaqla iki seçim var. Yaxşını seçənlərə mükafat, pisi seçənlərə isə cəza verilər. Əgər verilməzsə, bu ədalətsizlik olar. Həm də mümkündürmü ki, möhtəşəm bir səltənət sahibi yaxşı xidmət edənlərə mükafatı, üsyan edənlərə isə cəzanı verməsin? Əgər Allah qullarını sevdiyi üçün cəzalandırmasaydı, o zaman ədalətsizlik olardı. Məsələn, bir hakimin oğlunun cinayət törətdiyini fikirləşin. Əgər o hakim oğluna cəza versə, bunun səbəbi oğlunu sevmədiyi deyil, ədalətli olmasıdır. 

Sualı bir daha xatırlayaq: Allah bizi sevirsə, bizi niyə Cəhənnəmə atır? Allah Cəhənnəmə atdığı qulları sevmədiyi üçün deyil, nümunədə göstərilən hakim kimi ədalətli olduğu üçün bu cəzanı verir ki, bununla belə Allah`ın nə qədər mərhəmətli olduğunu bizə xəbərdarlıq etdiyi yüzlərlə ayədən anlayırıq. 

Bəs niyə mane olmur? sualına baxaq: Çox çalışıb bir imtahana girdiyinizi fikirləşin. Müəllim imtahan vaxtı tənbəl və imtahana hazırlaşmamış bir tələbənin səhv etməsinə mane olur və onun səhv etməyinə icazə vermir. Belə olduqda, əlbəttə ki, etiraz edəcəksən. Çünki sən imtahana çox hazırlaşdın və düzgün cavabı bilirsən, lakin digər tələbə isə hazırlaşmayıb və səhv cavabı qeyd etməsinə müəllim icazə vermir. Bu çox böyük bir ədalətsizlikdir. Həm də ədalət bir anlıq deyil, nəticəyə görədir. Digər tərəfdən hər kəs mələklər kimi gecə gündüz Allah`a itaət etsəydi ve seçim haqqı olmasaydi, o zaman bu dünyaya gəlməyimiz boşuna və mənasız olardı. Allah bizi sadəcə 60-70 il yaşamaq üçünmü yaradıb? Hətta itaətlə keçsə belə, belə qısa ömrün nə mənası olardı? Halbuki bu qısa dünya imtahan dünyasıdır, iradəsiz imtahan olmaz. İmtahan zamanı isə müəllim səssiz qalar.

Əgər Allah bizi cəzalandırmaq, Cəhənnəmdə yandırmaq istəsəydi bizə ondan xəbər verməzdi və günah etməkdə həddi aşan qullarına tövbə etmək şərtilə onların günahlarını bağışlayacağını deməzdi. Bizi bağışlamaq üçün bizə bu qədər seçimlər verən Allah`ın haqqında, necə olar ki, – əstəğfirullah – “bizi alovda yandırmaq istəyir” deyək?

Buna bugünkü gündən nümunə verməklə daha aydın anlamaq olar. Sürət həddini keçməməyi göstərən yol işarəsi nişanı vardır. Əgər dövlət cərimə yazmaq istəsəydi, yola həmin nişanları yox, yalnız radarı qoyardı. Biz də nişanı görmədiyimiz üçün yolda sürətlə sürər və cərimələndirilərdik. Ona görə də, dövlət bizim cərimələndirilməyimizi istəmədiyi və canımızın təhlükəsizliyi üçün həmin nişanları yola qoyub. Və ya ana öz övladını sevdiyi üçün ona bəzi şeyləri qadağan edir ki, onu qorusun. Lakin uşaq ananı dinləmədən gedib həmin qadağanı edər və zərər görərsə o zaman ananı qınayıb deyə bilərikmi ki, “Sən dediyin üçün uşaq zərər gördü”. Eynilə də, Allah bizi alovda yandırmaq istəsəydi, dəfələrlə Cəhənnəmdən bəhs edib ondan uzaqlaşmalı olduğumuzu deməzdi.

Rasulullah -salləllahu əleyhi və səlləm-'ə əsirlər gətirildi. Aralarında övladını axtaran bir də qadın vardı. Əsirlər arasında tapdığı bir uşağı qapıb dərhal bağrına basdı və onu əmzirməyə başladı. Bunun üzərinə Rasulullah -salləllahu əleyhi və səlləm- bizə belə buyurdu:

- Nə deyirsiniz, bu qadın, bu uşağını atəşə atar mı?

- Biz: Xeyir, Allah'a and olsun ki, bu qadın atəşə övladını atmamağa gücü çatdığı halda ikən, onu atəşə atmaz! dedik.

Bunun üzərinə Rasulullah -salləllahu əleyhi və səlləm- belə buyurdu:

- Allah'a and olsun ki, Allah Təala'nın mö'min qullarına olan mərhəməti, bu qadının övladına olan mərhəmətindən daha böyüktür." (Qullarını atəşə atmaz, onlar özlərini atəşlik əməlin içinə atmadıqca!)  (Müslim; hədis no: 6912)

 

Bir öncəki suala keçid: Sual 17- Allah bizim Cənnətə və Cəhənnəmə gedəcəyimizi bilirsə, bizi niyə imtahan edir?

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.