Qüslün sünnətləri

2. Yuyunmamışdan öncə dəstəmaz almaq.

Buxari (245) və Müslim (316) Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm cənabət qüslü alarkən ilk olaraq əllərini yuyar, sonra isə adi vaxtlarda namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı. Daha sonra barmaqları ilə saçlarının dibini ovuşdurardı. Bundan sonra başından aşağı üç qab su (və ya ovcu ilə) tökərdi. Sonda isə bütün bədənindən su axıdardı”.

3. Əl ilə bütün bədəni ovxalamaq.

Bəzi alimlər bunun vacib olduğunu söyləmişlər. Buna xilaf olaraq isə biz bu əməlin sünnət olduğunu söyləyirik.

4. Qüslün hərəkətlərini arası kəsilmədən yerinə yetirmək.

Dəstəmazın fərzlərində keçdiyimiz kimi hərəkətləri, arası kəsilmədən yerinə yetirmək lazımdır. Malikilər bu şərtin də qüslün fərzlərindən olduğu görüşündədirlər. 

5. Sağ tərəfi sol tərəfdən öncə yumaq.

Burada nəzərdə tutulan, qüsl alarkən bədənin istər ön, istərsə də arxa tərəfinin yuyularkən əvvəlcə sağ tərəfindən başlanılmasıdır. Buxari (166) və Müslim (268) Aişə radiyallahu anhənin belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləmin ayaqqabı geyinərkən, saçını darayarkən, təmizlik edərkən və digər bütün işlərində sağ tərəfdən başlamaqdan xoşu gəlirdi”.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.