Gənc atalara

Siz onu məmnun etdiniz deyə, o da sizi məmnun etmək üçün əldən-ayaqdan gedəcək və həm sevinc, həm də kədərini sizinlə bölüşəcək. Çünki qarşısında onun dünyasını anlayan və yaşayan bir ata görmüş olacaq. Təsəvvür edin, beş yaşlı qızım məni o qədər məmnun etməyə çalışır ki, mən onunla gizlənqaç kimi uşaq oyunları oynadıqdan sonra sıxıldığımı görüb “Ata, bəsdir uşaq oyunları oynadıq. Gəl biraz da kişi oyunları oynayaq” deyib, əlinə taxta götürüb, uşaq ağlı ilə məni əyləndirmək üçün başlayır mənimlə qılınclaşmağa.

Uşaqlar daim sərt, kobud, soyuq, uşağı uşaq hesab edib onunla ciddi-ciddi söhbət etməyən valideynin şapalağının qorxusundan özünü ağıllı uşaq kimi apara bilər. Amma o həmişə problemlərini atasından gizlədəcək. Çünki düşünəcək ki, ata böyükdür, uşaqların halından anlamaz. Beləliklə özünə dostu kənarda axtaracaq. Siz isə bir ata olaraq öz övladınızdan bixəbər hala düşəcəksiz.

Uşaqlarınıza qarşı kompleksli olmayın. Əgər həyətiniz yoxdursa, düşün binanın qabağına, lap elə gedin parka və otuzca dəqiqə uşaqlaşın, nostalji hisslər yaşayın. Qoyun
qonşular sizə səy, dəli, başdan xarab desinlər. Onlar elə düşündükcə, siz sevinin. Bilin ki, doğru yoldasınız.

Qeyd: Uşaqlaşdıqca insan müdrikləşir. İnsanın həyat haqqındakı idrakı yenilənir.İnanmırsınızsa, sınayın!

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.