Heyz, nifas və istihadə

 

Buxari (290) və Müslim (1211) Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “Biz həcc niyyəti ilə səfərə çıxmışdıq. Səfərdə olduğumuz zaman mən heyz oldum. Peyğəmbər salləllahu əleyhi və səlləm mənim yanıma gəldi və ağladığımı gördükdə “Sənə nə olub? Heyz olmusan?” deyə soruşdu. Mən “bəli” deyə cavab verdim. O buyurdu: “Heç şübhəsiz ki, bu Allah`ın Adəmin qızlarına yazdığı bir əmrdir (yazıdır). Kəbəni tavaf etmək istisna olmaqla həccin qalan əməllərini yerinə yetir”.

Əbu Davud (286) və başqaları Fatimə bint Əbu Hübeyşdən belə rəvayət etmişdir: “O istihadə olurdu. Peyğəmbər salləllahu əleyhi və səlləm ona belə buyurdu: “Əgər xaric olan qan heyz qanıdırsa heç şübhəsiz ki, heyz qanının rəngi qara olur. Əgər belə olsa namaz qılma. Yox əgər (rəngi) başqa olsa o zaman dəstəmaz al və namazını qıl. Bu sadəcə qanaxmadır”.

Nifas qanı isə doğuşdan sonra xaric olan qandır.

İstihadə qanı isə bu ikisi (heyz və nifas) dövrləri xaricindəki qandır.

Buxari (226) və Müslim (333) Aişə radiyallahu anhədən belə deiyini rəvayət etmişlər: “Fatimə bint Əbu Hübeyş peyğəmbər salləllahu əleyhi və səlləmin yanına gələrək belə dedi: “Ey Allah`ın Rəsulu!  Mən davamlı olaraq istihadə oluram və bu qan kəsilmir. Mən namazı tərk edimmi?” Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Bu heyz deyil sadəcə qanaxmadır. Əgər heyz olsan o zaman namazı dayandırarsan. Heyz müddəti bitdikdən sonra isə qanı yu və namazını qıl”.   

Heyzin minimum müddəti bir gün bir gecə (24 saat), maksimum müddəti isə on beş gündür. Heyzin qadınlar arasında ən geniş yayılan müddəti isə altı və ya yeddi gün olur.

Nifasın minimum müddəti bir axış (bir dəfə xaric olub dayanması), maksimum müddəti idə altımış gündür. Nifasın qadınlar arasında ən geniş yayılan müddəti isə qırx gündür.

İki heyiz halı arasında olan təmizlik müddəti minimum 15 gün olur. Həmin bu təmizlik müddətinin maksimum vaxtı isə müəyyən olunmamışdır.

Göstərilən bu müddətlər haqqında dəlil yoxdur. Qadınlarda əsasən belə olduğu üçün orta hesab götürülmüşdür.

Əbu Davud (311) və başqaları Ummu Səlmiyyədən belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləmin dövründə qadınlar üçün nifas müddəti qadınların çoxunda belə olduğu üçün qırx gün hesablanırdı. Peyğəmbər salləllahu əleyhi və səlləm çoxu da inkar etmirdi”.

Heyzin başlanğıc yaş həddi doqquz yaşdır.

Hamiləliyin minimum müddəti altı ay, maksimum müddəti isə dörd ildir. Ən geniş yayılmış zaman periodu isə doqquz aydır.

Hamiləliyin minimum müddətinin altı ay olmasına dəlil olaraq bu ayə göstərilir:

وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا

Onun Bətndə qalma və süddən kəsilmə müddəti otuz aydır (Əhqaf 15) Otuz aydan iki ili uşağın südlə bəslənmə dövrüdür. Bunun dəlili aşağıdakı ayədir:

وَفِصَالُهُ فِي عَامَيْنِ

Onun süddən kəsilməsi isə iki il ərzində olur (Loğman 14) Ayədəki otuz aydan iyirmi dördünü çıxdıqda altı qalır ki, bu da hamiləlik müddəti hesab olunur.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.