Cinlər qeybi bilirlərmi?

Uca Allahın bu ayəsini oxumaq kifayətdir: "Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar." (Səba 14) Kim qeybi bildiyini iddia edərsə və habelə bunu iddia edəni təsdiqləyərsə, kafir olur. Çünki Uca Allah belə buyurmuşdur: " De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər." Göylərdə və yerdə Allahdan başqa heç kim qeybi bilməz. Gələcəyə dair qeybi bildiyini iddia edənlərin hamısı kahinlərdir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: " Kim bir kahinə(falçıya) gedər və ondan nəsə soruşarsa, qırx gün onun namazı qəbul olunmaz. " Çünki onun qeybi bildiyini təsdiq etmək yuxarıda keçən ayəni yalanmaq deməkdir.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.