Skip to main content


Ateist və müsəlman arasında dialoq 1 – Təəccüblənəcəksiniz!!

Ateist: Emalatçı, istehsalatçı, yəni o cihazı yaradan.

Müsəlman: Yaxşı. Bəs kainat necə var oldu?

Ateist: Başlanğıcda bir qaz buludu vardı. Sonra “Big Bang” (böyük partlayış) baş verdi.  Daha sonra qalaktikaların meydana gəlməsinə səbəb olan bir ayrılma oldu.

Müsəlman: Bəs nə vaxt kainatın yaradılışı haqqında məlumatın oldu?

Ateist: Bunu təxminən 30-40 il əvvəl alimlər kəşf etdi.

Ateist və müsəlman arasında dialoq – Təəccüblənəcəksiniz!!

Müsəlman: Amma bəhs etdiyin “Big Bang” hadisəsi Ənbiya surəsinin 30-cu ayəsində də zikr olunur “İnkar edənlər görmədilərmi ki, göylərlə yer bitişik ikən Biz onları ayırdıq?” Bunu kim söyləmiş ola bilər?

Ateist: Bu bəlkə bir təsadüfdür?

Müsəlman: Yaxşı. Ayın işığı öz  işığıdır yoxsa yansıyan işıqdır?

Ateist: Əvvəllər ayın öz işığı olduğu düşünülürdü. Lakin 100 vəya 200 il əvvəl ay işığının əks etdirən bir işıq olduğunu elm sübut etdi.

Müsəlman: Quran 1400 il əvvəl Furqan surəsinin 61-ci ayəsindədə buyurur: “Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur! – Ərəbcədə ay işığı sözü üçün istifadə olunan “munir” və ya “nur” kəlməsi əks etdirən ışıq mənasına gəlir.  Yaxınlarda öyrəndiyiniz bu elmi faktı 1400 il əvvəl kim deyə bilərdi?

Ateist və müsəlman arasında dialoq – Təəccüblənəcəksiniz!!

Ateist: Peyğəmbəriniz Muhamməd bəlkə savadlı şəxs olub?

Müsəlman: Yaxşı. Üzərində yaşadığımız dünya necə bir şəkilə sahibdir? Və bunu nə zaman öyrəndik?

Ateist: 1597-ci ildə Sr Francis Drake dünya ətrafında yelkəniylə dolaşdı və dünyanın kürə şəklində olduğunu sübut etdi.

Müsəlman: Lakin Quranda Naziat surəsinin 30-cu ayəsinə baxaq: “Bundan sonra da yeri döşəyib (yumurta şəklinə salıb) düzəltdi”.  Ayədə istifadə olunan  “sərib” “döşədi” olaraq çevrilən “dəha” sözü  “dahv” kökündəndir. Dahv sözündən törəyən digər sözlərdə yumruluq mənası mövcuddur. Dəvəquşunun yumurtladığı yerə və yumurtasına da bu kəlmədən törəmiş sözlər istifadə edilir. Bildiyimiz kimi dünya top kimi yuvarlaq deyildir, ellips şəklindədir.  Əgər dəvəquşu yumurtasını araşdırsan onun da ellips şəklində olduğunu görərsən.  Yaxşı dünyanın ellips şəklində olduğunu 1400 il əvvəl kim söyləyə bilərdi?

Ateist: Sənin Peyğəmbər hesab etdiyin şəxs yəqin superzəkaya sahib olub.

Müsəlman: Mən məktəbdə ikən Günəşin sabit olduğunu öyrənmişdim. Lakin indi elm sübut edir ki, əslində Günəş dönür ama konkret bir orbit ətrafında dönmür.

Ateist: Bu da mı sizin Quranınızda zikr olunur?

Müsəlman: Quranda Ənbiya surəsinin 33-cü ayəsində deyilir: “Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri (özünə məxsus) bir göydə (orbitdə) üzür”.  Bəs bunu kim deyə bilərdi axı?

Ateist: Hmm.. (səssizlik)

Müsəlman: Bu gün elm bizə deyir ki, Kainat genişlənir.  Lakin Quran 1400 il əvvəl Zariat surəsinin 47-ci ayəsində buyurur: “Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”. Orta məktəbdə “təbiətin su dövranı” haqda öyrənirik.  Bernard Polissy 1580-ci ildə ilk dəfə bunu  təyin edən şəxsdir: Suyun okeandan necə buxarlandığını, quru sahəsinə doğru irəlilədiyini və yağış olaraq yerə qayıtdığını ilk dəfə o demişdir. Bu su dövranı ilə bağlı ətraflı bir şəkildə bir çox ayədə bəhs olunmaqdadır:  Zumər 21, Rum 24, Hicr 22, Muminun 18, Nur 43, Rum 48, Əraf 17, Yasin 34, Mulk 30, Tariq 11. Bəs bitkilər neçə cinsdir?

Ateist: Təbii ki erkək və dişi olaraq iki cinsdən ibarətdit.

Müsəlman: Bu məlumatı elm daha yeni kəşf edib. Lakin Quran Taha surəsinin  53-cü ayəsində bundan bəhs edir : “Biz o yağmurla növbənöv bitkilərdən cüt-cüt yetişdirmişik”.

Yer kürəsində Şirin və duzlu su eyni vaxtda qarışmadan necə mövcud ola bilər?

Ateist: Eyni vaxtda mövcud olsalar da aralarında Yerin quruluşundan asılı olan maneələr var, ona görə qarışmırlar. Hətta bəzən şorluluq dərəcəsi fərqli olan dənizlər birləşsə də bir-birinə qarışmadığını elm sübut edib.

Müsəlman: Bəli, elmin son əsrlərdə kəşf etdiyi bu fikir 1400 il əvvəl Furqan surəsinin 53-cü ayəsində zikr olunur. “Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!” Eyni misal Rəhman surəsinin 19-20-ci ayələrində də zikr olunur.

Ateist və müsəlman arasında dialoq – Təəccüblənəcəksiniz!!

Dağlar Yer kürəsinə necə təsir edir və funksiyaları nədir?

Ateist: Elm bu gün sübut edir ki, bir növ mismarın taxta parçalarını bir yerdə mökhəm saxladığı kimi Dağlar da Yerin müxtəlif qatlarını dirək kimi bir yerdə saxlayır. Nəticədə dağlar Yer kürəsinə zəlzələlərin tez-tez baş verməsinin qarşısını alır.

Müsəlman: Quranda Nəhl surəsinin 15-ci ayəsinə niyə baxmırsan?  “Allah sizi (zəlzələlərlə) yırğalamasın deyə yer üzündə ora sabit dağlar yerləşdirdi.”  

Müsəlman: Dağlar hərəkət edir yoxsa sabitdir?

Ateist: Elm son dövrlərdə kəşf edib ki, əslində dağlar ildə bir neçə sm hərəkət edir.

Müsəlman: Son dövrün kəşfi necə olur ki 1400 il əvvəl Quranda qeyd olunur?  Nəml surəsinin 88-ci ayəsinə baxaq: “Dağlara baxıb onları hərəkətsiz zənn edərsən. Halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər”.

Ateist və müsəlman arasında dialoq – Təəccüblənəcəksiniz!!

Yaxşı. İnsan nədən yaranıb?

Ateist: Sudan daha sonra isə laxtalanmış qandan.

Müsəlman: Uşağın ana bətnində yaranmasnın bütün mərhələləri ancaq 20-ci əsrdə son texnologiyalar vasitəsilə  tam dəqiqliklə ortaya çıxdığı halda 1400 il əvvəlki  Qurana baxsan Muminun surəsinin 13-14-cü ayələrində bu mərhələlər zikr olunmaqdadır: “Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq.”

Ateist və müsəlman arasında dialoq – Təəccüblənəcəksiniz!!

Bəs bu qədər elmi faktarı Quranda kim bəhs etmişdir?

Bu faktlar əslində böyük bir cihazın parçalarına bənzəyir. Əlbəttə ki cihaz istehsalat sahəsində ortaya çıxır. Məhz sizin o istehsalçı, emalatçı dediyinizə biz “Allah” deyirik.

Sonrakı dialoqa keçid üçün tıklayınAteist və müsəlman arasında dialoq 2-Cənnət və Cəhənnəm varmı?

Bu məqalə   Dr. Zakir Naikin ateistlə olan gerçək söhbəti əsasında tərtib edilmişdir.