“İslam düşünmədən və zombi kimi inanmağı əmr edir” - deyənlərə

Bu iddia Quranı bilməyənlərin, ya da İslamı qulaqdan dolma məlumatlardan ibarət hesab edənlərin dar düşüncəsidir. İslam səmavi dinlər içərisində elmə, savada, düşünməyə ən çox önəm verən dindir. Məhz buna görə də digər dinlər ölüm döşəyindəykən İslam 14 əsrdir canlı qalmaqda, dünyanın dörd bir yanından ən məşhur alim və professorların tərcih etdiyi din olmada davam edir. Bunun səbəbini bilmək üçün Qurana baxaq.

Fatir surəsinin 37-ci ayəsinə görə cəhənnəmliklər peşmançılıqlarını bildirmək üçün belə deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxar ki, (əvvəlki) etdiklərimizin yerinə yaxşı işlər görək”. Yenə həmin ayədə Allah təala bu insanlara belə cavab verir:Məgər düşünəcək kimsənin düşünə biləcəyi qədər bir ömür vermədikmi?.

Deməli cəhənnəmə getməmək və doğru yol tapmaq üçün düşünmək şərtdir. Ayəyə diqqət etsək görərik ki, normal bir cavab yerinə sual verərək cavab verilir. Daha çox düşünmək üçün ayənin önü bir cür açıq buraxılır.

Quran və hədislər əslində insanı Allah`ın varlığını qəbul edib iman gətirə bilməsi üçün insanın özünü, kainatı, təbiəti, aləmi düşünməsini vacib hesab edir. Yəni kor-koranə təqlidçiliyə qarşı çıxır. Bu haqda Quranda onlarla ayə vardır. Onlardan bir neçəsini təqdim edirik;

Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən, orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən cüt-cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün (Allah`ın qüdrətini  sübut edən) neçə-neçə dəlillər vardır! And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?! (Vaqiə 62)

Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz? (Ənam 50)

Yaradan, heç yaratmayan kimi ola bilərmi? Artıq ibrət alıb-düşünməzmisiniz? (Nəhl 17)

And olsun ki, Biz Quranı (ondan) ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alıb-düşünən varmı?! (Qəmər 17)

Bu, Rəbbinin doğru yoludur. Öyüd alıb düşünə bilən bir camaat üçün ayələri belə izah edirik. (Ənam 126)

Göydən sizin üçün yağmur endirən Odur... (Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allah`ın varlığına sübutlar) dəlillər vardır! (Nəhl  10-11)

 Peyğəmbərimiz salləllahu əleyhi və səlləmdən rəvayət olunan hədislər də İman edə bilmək üçün Düşünmək və təfəkkürün önəmini vurğulayır.

Hədislərdən birində deyilir: “Allah`ın yaratdıqları üzərində təfəkkür edin ...” (Deyləmi II/56, Heysəmi I/81)

Başqa bir hədisdə isə deyilir:  “Bir saat təfəkkür bəzən bir il (nafilə) ibadətdən daha xeyirlidir”. (Süyuti Cəmiu`s-Sağir II/127, Acluni I/310)

Həzrəti Əli radiyallahu anhu demişdir: “Elmsiz ibadətdə və təfəkkürsüz Quran tilavətində fayda və feyz azalar”.

Ən sonda yenə də nəticə çıxara bilməyənlərə bu ayəni oxumağı tövsiyə edirik: Onlar bu Söz (Quranı) haqqında düşünmədilər… (Muminun 68)

Təmiz ağıl sahiblərindən başqası ibrət alıb-düşünməz. (Bəqərə S, 269) 

 

 

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.