Xristian sonra ateist olub sonda islamı seçdim

Lakin o Nigeriyanı heç vaxt görməmışdi. Abdulhəkimlə görüşdükdə mövzu əsasən, Qurandan olurdu. Bu vaxta qədər Abdulhəkim kimi Quranla dost ola bilən və Quranla bağlı onun qədər araşdırma aparan birisini görməmişdim desəm yanılmaram. Sonralar Abdulhəkimin İslamı sonradan qəbul etdiyini, müsəlman olmazdan əvvəl adının Okerogen Egbedi olduğunu öyrəndim. Bu məni daha da təəccübləndirmişdi. Uzun müddətdir Abdulhəkimin İslama gəlmə hekayəsini eşitmək istəyirdim. Nəhayət bir gecə onu razı saldıq və saatlarla davam edən söhbətdən sonra bu reportaj ortaya çıxdı. 2 ildir həm hafizlik edən, həm də ərəbcə öyrənən Abdulhəkimin hidayət hekayəsi həqiqətən çox maraqlıdır.

Söhbətimizə müsəlman olmazdan əvvəlki həyatınla başlayaq. Hansı mərhələlərədən keçərək İslamla tanış oldun?
Xristian bir ailənin uşağı olaraq Londonda dünyaya gəlmişdim. Anam kilsədə işçi, atam da yaxşı bir xristian idi. Kiçik yaşlarımdan etibarən kilsəyə getməyə başladım. Anam hər bazar günü məni və qardaşlarımı kilsəyə aparırdı. Lakin 14 yaşımdan sonra kilsəni tərk etdim.

Kilsəni nə üçün tərk etdin?
Bu İngiltərədə yaşayan insanların bir adətidir. 13-14 yaşınıza qədər ana və atanız istədiyi üçün kilsəyə gedib ayinlərdə iştirak edirsiniz, gənclik çağınıza çatdıqdan sonra isə kilsəni tərk edirsiniz. Lakin yaşlandığınız zaman yenidən kilsəyə geri qayıdıb bazar ayinlərində iştirak etməyə başlayırsınız. Mən də bu adətə uyaraq 13 yaşımdan etibarən kilsəyə getməkdən imtina etdim.

Kilsəni tərk etməyin həyatında hər-hansı bir dəyişikliyə səbəb oldu mu?
Bəli, həm də çox. Mənim yaşadığım məhəllə, Londonun şimalında yerləşirdi. Londonun şimal hissələri şəhərin ən bərbad yerləridir və şimalda ağlınıza gələ biləcək hər cür cinayət işlənir. Əhatəm çox pis idi. İşki içirdim, qızlarla bərabər olurdum, hətta bəzi zamanlar narkotikdən də istifadə edirdim.

Bu bölgədə daha çox sənin kimi Afrika əsilli olanlarmı yaşayır?
Xeyir. Şimalda hər millətdən insan olur. Hətta dostlarım arasında türklər də vardı.

Kilsəni tərk etməyinə baxmayaraq özünü bir xristian kimi hiss edirdinmi?
Xristianlıq mənə çox mənasız gəlməyə başlamışdı.

Niyə?
Xristianlar Həzrəti İsanın və Allah`ın əslində bir olduğunu deyirdilər. Bu mənə heç məntiqli gəlmirdi. Həmçinin, keşişləri də heç səmimi hesab etmirdim. Mütəmadi olaraq Həzrəti İsanın adından istifadə edərək kasıb insanlarda pul yığırdılar. Mən də ateist olmağa qərar verdim.

İslamla necə tanış oldun?
Universitetdə mənim kimi afrikalı olan Samir adında bir dostum vardı. Samirın ana və atası müsəlman idi. Lakin onun İslamla hər-hansı bir əlaqəsi yox idi və İslamla bağlı bir şey bilmirdi. Universitet bitdikdən bir il sonra Samirlə qarşılaşdıq. Bir kafedə oturub Samirlə söhbət etməyə başladıq. Samir xeyli dəyişmişdi və mənə davamlı olaraq suallar verirdi.

Necə suallar?

Məsələn dünyaya niyə gəldiyimi və nə üçün yaşadığımı soruşurdu. Həmçinin, öldükdə başımıza nələr gələcəyini düşünməyimi istəyirdi. “YOX OLMA HİSSİNDƏN QORXURDUM”

Bu söhbətlərinizdə dostun Samir sənə heç İslamdan danışdımı?
Xeyir danışmadı. Samir məni daha çox düşünməyə sövq edirdi. Bir neçə ay sonra Samir mənə; “Banqladeşli bir dostum var. Onunla söhbət etməyini istəyirəm. Onunla edəcəyin söhbət mənə çox zövq verəcək. Həmçinin, o çox ağıllı və elmli biridir” dedi. Samirin bu təklifini öncə qəbul etmədim. Çünki, Samir mənə cavablaya bilmədiyim suallar verirdi. Bu suallara cavab verə bilmədiyim halda başqa birinin yenidən zehnimi yeni suallarla doldurmasına dözə bilməzdim. O vaxtlar mütəmadi olaraq ölüm barəsində düşünürdüm və yox olma hissi artıq məni qorxutmağa başlamışdı. Daha sonra özümü oxumağa həsr etdim.

Necə kitablar oxuyurdun?
Daha çox fəlsəfi əsərlər oxuyurdum, xüsusilə Dekard mənə çox təsir etmişdi. Həmçinin Universitedin fəlsəfə bölümünə daxil oldum. Bununla yanaşı həm də xristianlıq, yəhudilik, buddizm və hinduizmlə bağlı araşdırmalar aparırdım. Amma bu dinlərin heç biri ağlımdakı suallara cavab verə bilmədi. Artıq bir yaradıcının olduğuna inanmağa başlamışdım. Lakin, bu yaradıcının necə bir varlıq olduğunu bilmirdim. Dostum Samir müəyyən bir vaxt sonra mənə yenidən banqladeşlini ziyarət etməyi təklif etdi. Mən də Samirin bu səfərki təklifini qəbul etdim. Samir, qardaşım və mən bir həftə sonu banqladeşli həmin şəxsi ziyarətə getdik.

Samirin Banqladeşli dostu ilə nələr danışdınız?
O da eyni Samir kimi mənə suallar verdi. Hətta bir ara onunla münaqişə belə etdik. Lakin, banqladeşli çox elmli idi və mən ona cavab yetişdirə bilmirdim. Bu şəxs söhbətimizin sonlarına yaxın məndən hər-hansı bir dinə inanıb inanmadığımı soruşdu. Bir yaradıcının olduğuna inandığımı lakin, bu yaradıcının necə bir varlıq olduğunu bilmədiyimi dedim. O, yaradıcının necə olduğunu Qurandan öyrənə biləcəyimi dedi və Quran oxumağımı tövsiyə etdi. Bu səfər ondan Quranın həqiqət olduğunu nəcə biləcəyimi soruşdum. O dedi: “Əgər Allah sənə hidayət nəsib edərsə, Quranı oxuduğun zaman heç bir kəlamın Quranın misli olmadığını və Quranın Allah tərəfindən göndərildiyini hiss edəcəksən”. O, Quranın məni inandıracağına bütün qəlbi ilə inanırmış kimi görünürdü. Həmin gün söhbətimiz 7 saata yaxın davam etdi və bu söhbətdən sonra içimdə Qurana qarşı böyük bir maraq oyandı. Banqladeşli ilə vidalaşdıqdan sonra qardaşım öz kitablarının arasında məktəbdəki müsəlman bir qız tərəfindən hədiyyə edilən İngiliscə Quran tərcüməsi olduğunu, lakin onu heç oxumadığını dedi. Həmin Quranı qardaşımdan istədim, lakin qardaşım bu istəyimi geri çevirdi. Banqladeşli ilə etdiyimiz söhbətin ardından onda da Qurana qarşı böyük bir maraq əmələ gəlmişdi. Qardaşım mənə “Kitabxanamdakı Quranı əvvəlcə mən oxuyum, daha sonra sənə verərəm” dedi. Bir gün sonra Afrikalı bir dostum məni tətil üçün Qanaya dəvət etdi. Mən də bu dəvəti qəbul etdim. Təxminən 20 gün Qanada qaldım və Qanadan qayıdan kimi qardaşımdan Quranı oxuyub oxumadığını soruşdum. Qardaşım Quranın bir hissəsini oxumuş, lakin Qurandan çox da xoşu gəlməmişdi. Qardaşımdan Quranı mənə gətirməyini istəsim və vaxt itirmədən Quranı İngiliscə tərcüməsindən oxumağa başladım. Bəqərə, Əli İmran, Nisə, Ənam, Əraf, Ənfal, Tövbə, Yunus və Hud surələrini arxa arxaya oxudum. Bu surələr mənə o qədər təsir etdi ki, hiss etdiklərimi sizə tam olaraq ifadə edə bilmərəm. Kəhf, Məryəm, Taha surələrini oxuduğum zaman isə Quranın bir yaradıcı tərəfindən göndərildiyinə qəti olaraq inandım və müsəlman olmaq qərarına gəldim.

Quranın nəyi sənə təsir etdi? Bu mövzunu biraz da izah edə bilərsənmi?
Quran oxumazdan əvvəl ağlımda cavablanmalı olan bir çox sual vardı. Oxuduğum kitablar bu suallara cavab verə bilmirdi. Lakin Quran həm suallarıma cavab verdi, həm də qəlbimə böyük bir sükunət gətirdi. Qurandan bu dərəcədə təsirlənməyimin bir başqa səbəbi də, Quranın insanın həyatını başdan aşağı yenidən nizama salması idi. Bu kitab insanın yaşaması üçün ehtiyacı olan hər sahəyə uyğun qanunlar qoyur və insanı yeni bir həyatla tanış edir. Belə bir şeyi nə İncildə, nə də Tövratda gördüm. Həmçinin, düşünən bir insanın Quran oxuyub iman gətirməməyi mümkün deyil. Məsələn Quranda “Allah bütün hər şeyi sudan yaratdı” deyə bir ayə var. Elm bütün məxluqatın sudan yaradıldığını hələ yeni kəşf edib. Lakin 1400 il əvvəl gələn bir kitab, elmin uzun illər sonra kəşf etdiyi bir şeyi sizə xəbər verir. Bu necə ola bilər?

Müsəlman olmaq qərarına gəldikdən sonra nə etdin?
Müsəlman olmaq qərarına gəlmişdim. Lakin necə müsəlman olmaq lazım olduğunu bilmirdim. Dostum Samirə zəng etdim və ona müsəlman olmaq qərarına gəldiyimi, lakin necə müsəlman olmaq lazım olduğunu bilmədiyimi dedim. Adəti üzrə Samir məni ərəblərin getdiyi restorana dəvət etdi. Yanında başqa müsəlman gənclər də vardı. Samirə İslamı qəbul etməklə bağlı sual verdikdə, İslama girmək üçün sadəcə şəhadət gətirməyin kifayət edəcəyi cavabını aldım. İslama girməyin bu qədər asan olması məni çox təəccübləndirdi. Çünki, xristian olmaq istədiyiniz zaman bir çox ayin təşkil edilməsi lazımdır. Samirin dedyi şəhadəti təkrarladım və Samirin dostları sevincli bir şəkildə ayağa qalxıb məni sıra il ə qucaqladılar. O an başqa bir dünyaya addım atdığımı başa düşdüm. Yeməkdən sonra əllərimi yumağa getdim. Güzgüyə baxdıqda xeyli təəccübləndim. Çünki, özümü xeyli zamandır ilk dəfə bu qədər xoşbəxt görürdüm. Əlimi yuyub qayıtdıqdan sonra restoran sahibi yanıma gəldi. O da Livanlı bir ərəb müsəlman idi. Mənə “Bu restorandan nə istəsən yeyə bilərsən, sən artıq bizim qardaşımızsan” dedi. Restoran sahibinin bu hərəkəti məni xeyli təəccübləndirdi. Çünki, İngiltərədə heç kim başqa birinə belə bir şey təklif etməz. Lakin müsəlmanlarla yaşamağa başladıqdan sonra, bu davranışın adi bir şey olduğunu, müsəlmanların bir-birlərinə qarşılığı olmadan bir şeylər təqdim etdiyini öyrəndim.
Abdulhəkim nə vaxt İslama girmişdin?
2003-cü ildə müsəlman oldum. Ramazana tam olaraq 12 gün qalmışdı və ilk orucumu da 2003-cü ildə tutdum. Həmçinin, eyni il Ramazan ayında etikafda qaldım. Müsəlman olan kimi səni dərhal etikafda qalmağa çağırdılar? Onlar çağırmadı, mən öz istəyimlə qaldım. Müsəlman olduqdan bir gün sonra dostum Samirə zəng edib ona İslamla bağlı bəzi suallar verdim. Samir suallarıma cavab verdi və bir ara Ramazanın son 10 günü bir məsciddə etikafda qalmağın Peyğəmbərimiz tərəfindən tövsiyyə edildiyini dedi. Telefon danışığımız bitdikdən sonra, Samirin dedikləri ağlıma gəldi və öz-özümə “Peyğəmbər tövsiyyə edibsə, bu etikaf deyilən şey gözəl bir şeydir” dedim. Lakin etikafın nə olduğunu bilmirdim. Bir gün sonra evdən çıxıb etikaf üçün məscid axtarmağa başladım və axtardığım məscidi tapdım. Məscidin qapısını döydüyüm zaman bir müsəlman qapını açdı və məndən nə istədiyimi soruşdu. “Etikaf istiyirəm” dedim. Alban oduğunu öyrəndiyim müsəlman mənə iki dəqiqə gözləməyimi, məni etikafa qəbul etmələri üçün məsciddə özləriylə birlikdə etikafda qalan imamın təsdiq etməsinin lazım olduğunu dedi. Albanın baxışlarından məndən çox da xoşunun gəlmədiyini başa düşmüşdüm. Çünki, üstümdəki paltarlar müsəlman paltarlarına oxşamırdı. Alban müsəlman imamla danışıb geri qayıtdı. O an çox kədərləndim. Çünki, mənim müsəlman olduğuma inanmamışdılar. Peyğəmbərin tövsiyyəsini yerinə yetirməyi çox istəyirdim. Bu səbəblə məscidin qapısının önündə oturub, məsciddəkilərin məni etikafa qəbul etmələri üçün Allah`a dua etdim. 1 saata yaxın məscidin qapısının önündə gözlədim. 1 saat sonra bir başqa adam qapını açdı. Mənim qapının önündə gözlədiyimi gördükdə məni içəri dəvət etdi. Məscidin içində xeyli gənc müsəlman vardı. Bu gənclərə imamlıq edən Mustafa adında bir türk məni qarşıladı və nə istədiyimi soruşdu. İslama yeni girdiyimi və Peyğəmbərin etiqaf tövsiyyəsini yerinə yetirmək istədiyimi dedim. Mustafa ağlamağa başladı və məndən üzr istədi.

İlk namazını nə vaxt qıldın?
İlk namazımı etikaf zamanı qıldım. Həmçinin, İslam ilə bağlı ilk biliklərimi də etikaf əsnasında öyrəndim. Mustafa müəllim mütəmadi olaraq mənimlə maraqlanır və mənə namazı necə qılacağımı öyrədirdi. Məsciddə qalarkən Fatihə, Kövsər və İxlas surələrini də əzbərlədim və ilk namazlarımı bu surələrlə qıldım. Etikafda davamlı olaraq Quran oxuyurdum. Quranı o qədər çox sevmişdim ki, bir an belə olsun onu əlimdən buraxmaq istəmirdim.“QURAN QƏLBİMİ AYDINLATDI”.İslam və xüsusilə də Quran səndə nə kimi dəyişikliklərə yol açdı? Quran oxuduqca xeyli dəyişdim və qəlbimin, zehnimin, həyatımın Quran ilə aydınlandığını gördüm. Özümü yeni doğulmuş bir uşaq kimi hiss edirdim, hətta heç danışmaq istəmir, vaxtımı ancaq Quran oxuyaraq keçirmək istəyirdim. Daha sonra Quranın yanında hədis kitabları da oxumağa başladım. Hədislər də mənə çox təsir etdi və hədislərdən İslamı necə yaşayacağımı öyrəndim. Hədis kitablarından ilk öyrəndiyim qayda, niyətimi düzəltməli oduğum idi. Hər şeyi Allah üçün etmək lazım idi, insanlar və ya mənfəət qarşılığında deyil. Bu vərdişi qazanmaq üçün aylarla səy göstərib, Allah`a dua etdim. Allah da dualarımı qəbul etdi...

Müsəlman olmağın ətrafın tərəfindən necə qarşılandı. Ailə İslama girməyinə qarşı çıxdımı?
Atam bir şey demədi, lakin anam əvvəlcə dəli olduğumu hesab etdi. Xüsusilə namaz ailəmin diqqətini çəkirdi. Evdə namaz qılanda, mənə namazla bağlı suallar verirdilər.

Daha sonra ailəndən müsəlman olanlar oldumu?
Bəli. İki qardaşım da müsəlman oldu. Anam hələ xristian olsa da mütəmadi olaraq “müsəlman olmağınız çox yaxşı oldu. Bu halınız əvvəlki halınızdan çox yaxşıdır. Əsla İslamı tərk etməyin” deyir.

İngiltərədə İslama olan maraq necədir? Sənin kimi İslama girən çox insan varmı?
Təbii ki, belə insanların sayı olduqca çoxdur. Hər il İslama girənlərin sayı artır. Xüsusilə İngilis qadınlar İslama böyük maraq göstərirlər. Məsələn keçən ay sadəcə Londonda 51 qadın şəhadət gətirərək müsəlman olub.

Xüsusilə qadınların İslama bu dərəcədə maraq göstərməsinin səbəbi səncə nədir?
İngilis kişilər qadınları sadəcə cinsi obyekt olaraq görür. Bir çox qadın bu baxışa qarşı çıxır və İslamın qadına verdiyi dəyəri öyrəndikdə bundan təsirlənərək müsəlman olmağa qərar verir. “HƏQİQİ ZƏNGİNLİK İMAN ETMƏKDİR”.

Qərb yaşayış standartları Şərq ölkələrindən çox yaxşıdır. Hətta bir çox şərqli yaşamaq üçün Qərbə getmək xəyalı qurur. Lakin sən tam tərsini edərək, həyatını davam etmək üçün bir Şərq ölkəsi seçdin. Nə üçün belə bir seçim etdin?

Qərb, Şərqdən maddi olaraq çox zəngindir. Bu doğrudur. Lakin əsl zənginlik mal ilə deyildir. Əsl zənginlik iman etməkdir. Kasıblıq isə küfr içində olmaq, Allah`ın göndərdiyi elçiyə inanmamaqdır. Qərb bu tərəfi ilə Şərqdən daha çox kasıbdır. Çünki, Qərbin imanı yoxdur. Şərqdə yaşayan insanlar mütəmadi olaraq Qərb haqqında filmlər izləyir və Qərbin filmlərdə göründüyü kimi olduğunu zənn edirlər. Bu doğru deyil...Burda özümü çox xoşbəxt hiss edirəm.

suffagah.com

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar