Skip to main content


Sual 3: Saçı uzatmaq və ya çoxaltmaq sünnədirmi?

Ona görə də o zamanki, bir uşağın saçının bir hissəsinin qırxılmış, digərinin saxlanıldığını gördükdə ona belə dedi: “Ya saçın hamısını qırx, ya da hamısını burax”. Əgər saçı uzatmaq gərəkli olsaydı o, “saçını (olduğu kimi) saxla” deyə buyurardı”.

Buna görə deyirik ki, saçı uzatmaq sünnətdən deyil. Lakin, əgər insanlar bir yerdə buna adət etsələr, bunu etmək olar. Əgər bunun əksi olaraq insanlar saçlarını uzatmasalar, sən də etmə. Çünki, sünnət, bəzən əməlin özünə görə, bəzən də əməlin cinsinə (növünə) görə olur. 

Məsələn: geyimlər və formalar (müxtəlif paltar növləri) əgər haram növdən olmazsa (ya çox dar, ya açıq-saçıq, ya da övrət yerini bildirən, övrəti göstərən və s.) o zaman insanların geyindiyi normal paltarları geyinmək sünnətdir.

Çünki, Peyğəmbər salləllahu əleyhi və səlləm bunu insanların adətinə tabe olaraq etmişdir. Ona görə də deyə bilərik ki, indiki dövrdə insanların (kişilərin) adəti saçı uzatmamaqdır.

Bu səbəbdən də böyük alimlərimizdən bizim şeyximiz Abdu`r-Rahmən əs-Sədi, şeyx Abdu`l-Əziz ibn Baz, həmçinin şeyx Məhəmmd ibn İbrahim və digər böyük alimlər saç saxlamayıblar.

Çünki, onlar bunu sünnət görməyiblər. Biz bilirik ki, əgər onlar saç saxlamağın sünnət olduğu rəyində olsaydılar, insanların hamısından daha çox sünnəyə tabe olmağa çalışardılar.

Doğru olan da budur ki, bu insanların adətinə bağlıdır. Əgər insanların saçlarını (qeyd olunan qaydadan həddi aşmamaq şərtilə) uzatdıqları yerdə yaşasan  o zaman sən də bunu et. Əks təqdirdə isə etmə. ” (Liqau`l-Bəbi`l-Məftuh, səh 22)