Sual 6: Dualarımız niyə qəbul olunmur?

  1.  Allah`ı tanıdınız, haqqını vermədiniz,
  2.  Allah Rəsulu salləllahu əleyhi və səlləmi sevdiyinizi iddia etdiniz, amma onun sünnətini tərk etdiniz,
  3.  Quranı oxudunuz, əməl etmədiniz,
  4.  Allah`ın nemətlərindən yediniz,  layiqincə şükür etmədiniz,
  5.  Şeytanın düşməniniz olduğunu dediniz, ona (müxalif hərəkət etməyib vəsvəsə verdiklərinə) müvafiq oldunuz,
  6.  Cənnətin haqq olduğunu dediniz, onun üçün əməl etmədiniz,
  7.  Cəhənnəmin haqq olduğunu dediniz, ondan ibrət almadınız,
  8.  Ölümün haqq olduğunu dediniz, ona hazırlaşmadınız,
  9.  Yuxudan durub insanların eyibləri ilə məşğul oldunuz, öz eyiblərinizi unutdunuz,
  10. - Ölülərinizi dəfn etdiniz, ondan ibrət almadınız. (Cəmiu`l-Bəyəni`l-İlmi və Fadlihi, 2/12)

     Müsəlman Allahı tanıdıqca düşüncə tərzini dəyişməli, təvazökar bir ruhla Allaha yönəlməlidir. Yəni kimisi sadəcə bir qarın çörəyi olduğu halda Allaha durmadan şükr edər, kimisi isə maşın, ev, telefon vəya hansısa əşya əldə edə bilmədiyi üçün Allahı günahlandırar. Hər halıyla şükr edən bəndə həm dünya stresindən qurtular, həm bu halıyla Allaha daha da yaxınlaşar və hətta qəlbindən keçən lakin dilinə gətirmədiyi arzularının belə gerçəkləşdiyini görər.

    Unutmayaq ki, Allaha edilən dua, restoranda verilən yemək sifarişi deyil ki pulunu ödəmişik deyə mütləq bizə ən yaxşı menyu servisi edilsin. Biz Allaha nəyisə əmr edə bilmərik ki, mən yaxşı insanam, bəs niyə duam qəbul olunmur?!. Lakin biz öncə kəlmeyi şəhadət, namaz, oruc zəkat və dualarımızla Allaha bizə bu qədər nemətləri (sağlamlıq, ailə, ruzi, ev və s) hətta biz uşaq ikən dərk edib istəmədiyimiz halda bəxş etmişdir. Yəni bizə borclu olmadığı halda öz lütfüylə bəxş etmişdir. Bizim Ona deyil, Onun bizə minnət qoyma haqqı var. Buna misal olaraq fərz edin ki, restorana daxil olmusunuz və acsınız, lakin yemək qarşılığında verəcəyiniz heç nə yoxdur. Və restoran sahibi lütf edib sizə yemək verirsə, "Axı mən filan yeməkdən istəmişdim, niyə fərqli menyu gəldi?- demək haqqımız olmadığı kimi, əvəzində bir şey verə bilmədiyimiz dualarımız qəbul olunmadıqda vəya fərqli şəkildə (daha xeyirli şəkildə) qəbul olduqda şikayət etmə haqqımız yoxdur. 

    Əgər biz ixlasla ibadətlərimizi etsək və Allaha qarşı "restoran müştərisi" kimi deyil, təvazökar bir şəkildə yönəlsək və dualarımızda ilk öncə Allahı tərif edib ( 99 adi) və Rəsuluna s.a.s salavat deyib duamızda israrlı olsaq, və bacardıqca Ona layiq bir bəndə olmağa çalışsaq, inanın müsbət nəticəni tezliklə görəcəksiniz inşəAllah. Və Allah Rəsulu salləllahu əleyhi və səlləm bu haqda belə buyurur: 

"Tələsmədiyi müddətcə hər birinizin duasına icabət olunur. Ancaq belə deyərək tələsən var: "Mən Rəbbimə dua etdim, duamı qəbul etmədi." (Müslim, Zikr 92, (2735); Tirmizî, Dəvətt 145, (3602, 3603)

Tirmizinin bir digər rəvayətində hədis belədir:
 
"Allah'a dua edən hər kəsə Allah icabət edər. Bu icabət, ya dünyada verilər, ya da axirətə saxlanılar, yaxud da dua etdiyi miqdarca günahından azaltmaq surətiylə olar; yetər ki, günah arzulamamış olsun, vəya sıla-i rahmin (qohumluq münasibətlərinin) qopmasını istəməmiş olsun, ya da tələsməsin." (İbn Qeyyim)

    Əgər bu üç şəkildən birində dua qəbul edilirsə, o zaman ümidsiz olmağa gərək yoxdur. Allah haqqında daim pozitiv düşünək və Onun bizi eşidib bizə xüsusi dəyər verdiyini bilək. Çünki Allah Təalə buyurur: Mən qulumun Haqqımdakı zənni üzəryəm. (Mənim haqqımda hansı fikirdədirsə onun üçün eləyəm).  Müslim, Zikr 2, (26 75), Tövbə 1, (2675).

 Ən gözəl şəkildə dualarımızın qəbul olunması ümidiylə...

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar