Sual 10: Bunları bilsən heç ümidsiz olarsanmı?

1- Tövbə etməklə

Allah təala buyurmuşdur: “Qullarıma Mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah`ın mərhəmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zümər 59)

2- İstiğfar etməklə (bağışlanma diləmək)

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Qul bir günah etdiyi zaman, belə deyər: “Ya Rəbbim, günah etdim, məni bağışla”. Allah isə belə buyurar: “Qulum, onun günahını bağışlayan və ona görə cəza verən Rəbbi olduğunu bildi. Artıq Mən onu bağışladım...” (Buxari/Müslim)

Sual 10:  Bunları bilsən heç ümidsiz olarsanmı?

3- Yaxşı əməllərlə

Allah təala buyurur: “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, xatırlayanlar üçün bir xatırlatmadır.”(Hud 114)

Sual 10:  Bunları bilsən heç ümidsiz olarsanmı?

4- Möminin mömin üçün etdiyi dua ilə

Müsəlman şəxsin din qardaşına qiyabən etdiyi duası qəbul olunur. Dua edən kimsənin yanında vəzifələndirilmiş bir mələk vardır. Həmin şəxs din qardaşı/bacısı üçün dua etdikdə bu mələk o şəxs üçün “Amin! İstədiyin o xeyrin bir misli də sənin üçün olsun” deyə dua edər. (Buxari/Ədəbг`l-Mufrad 625, İbn Məcə/Mənasik 5/2895)

5- Allah Rəsulu salləllahu əleyhi və səlləm və başqalarının, günah əhli üçün, Qiyamət günü etdikləri şəfaət

Bu barədə Peyğəmbər salləllahu əleyhi və səlləmin çoxsaylı yollarla şəfaət hədisləri günümüzə qədər gəlib çatmışdır. Bununla bağlı hədislərin birində deyilir: “...Şəfaətim, mənim ümmətimdən olan böyük günah əhli üçündür...” (Şeyx Albani hədisin səhih olduğunu deyib)

6- Bu dünyada baş verən müsibətlərlə

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Möminin başına gələn elə bir xəstəlik, yorğunluq, narahatlıq, hüzn, qəm və ya əziyyət yoxdur ki, − bədəninə batmış tikanı belə − Allah təala onu onun günahlarına kəffarə etməsin” (Buxari/Müslim).

Sual 10:  Bunları bilsən heç ümidsiz olarsanmı?

7- Qəbirdə baş verən sınaqlar, imtahanlar və qəbirdə sıxılma 

Bir dəfə Allah Rəsulu salləllahu əleyhi və səlləm iki qəbrin yanından keçərkən: “Bu qəbirdəkilər əzab çəkirlər. Əzabları böyük günahdan ötrü deyil. Qəbirdəkilərdən biri söz gəzdirmək, digəri də sidik sıçramasına (istibra) qarşı qorunmadığına görə əzab görür”. buyurdu. (Əhməd ibn Hənbəl/Müsnəd 3/38; Darimi/Sünən 94, 2/238)

8- Cənazə namazı vasitəsilə 

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: ”Elə bir vəfat etmiş müsəlman kişi (və ya qadın) yoxdur ki, onun cənazə namazında  Allaha heç bir şeyi şərik qoşmayan qırx kişi durmasın və Allah onları onun üçün şəfaətçi etməsin”. (Müslim)

Sual 10:  Bunları bilsən heç ümidsiz olarsanmı?

9-  Dünyasını dəyişən üçün başqa şəxslərin, xüsusilə övladlarının etdiyi dualarla 

Bir hədisdə buyrulur: “Dirilərin də ölülərə hədiyyəsi, onlar üçün dua və istiğfar etməkdir”. (Deylemi)

Əbu Hüreyrədən rəvayət edilən digər bir hədisdə isə, Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “İnsan oğlu öldüyü zaman, bütün əməllərinin savabı başa çatır (əməl dəftəri bağlanar). Bu üç şey istidnadır;  sədəqə, istifadə edilən elm, onun üçün dua edən xeyirli övlad”. (Müslim/ Vəsiyyət 14, Əbu Davud/Vəsaya 14)

Sual 10:  Bunları bilsən heç ümidsiz olarsanmı?

10-  Bəndənin səbəb olmadığı; Allah`ın əfvi və məğfirətilə 

Ənəs radıyallahu anhu deyir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Allah təala buyurur: “….Ey Adəm övladı! Mənə yer dolusu xəta ilə gəlsən, sonunda heç bir şirk qoşmadan mənə qovuşsan, səni yer dolusu məğfirətimlə qarşılayaram”. (Tirmizi\Dəavat 3534).

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.