Skip to main content


Sual 11: Etdiyimiz yaxşı əməllərin qəbul olduğunu necə anlaya bilərik?

Müsəlmanın halı Ramazandan sonra gözəl olduğu zaman o, saleh əməllər işləyər və bu əməlləri çoxaldar ki, bu da əməlin qəbuluna dəlalət edər.

Əksinə gəldikdə isə, Ramazanda xeyir əməl işləyib sonra günah işləyərsə, yəni Ramazan çıxdıqdan sonra xeyirdən günaha, qəflətə dönər və Allah`a itaətdən üz döndərərsə, bu, o əməlin qəbul olunmadığını göstərir.

Hər bir insan öz nəfsinin Ramazandan sonrakı halını tanıyır və bilir. Elə isə, o, öz nəfsinə nəzər salsın. Əgər onun halı yaxşıdırsa, Allaha həmd etsin. Bu, əməllərin qəbuluna dəlalət edir.

Əgər halı pis olarsa, Allah`a tövbə etsin və Ondan bağışlanma diləsin. Çünki bu əməlin qəbul olunmamasına və (Ramazanda) etmiş olduğu səhlənkarlığa dəlalət edir.

Mənbə: (Ş. Saleh əl-Fövzan/Məcəlisu Şəhri Ramadan əl-Mubərak 119)