Sual 13: Bizə sehr olunduğunu necə bilək və xilas olaq?

Əvvəla bunu bildirək ki, sehr qədim dövlərdən indiyə kimi mövcuddur və insanlar tərəfindən istifadə olunmaqdadır. Bu barədə Allah təala buyurur: (Harut və Marutdan) ər və arvadın arasını açacaq  şeylər (sehri) öyrənirlər. (Bəqərə 102)  Bəs bir şəxs ona sehr (cadu) oldunğunu hardan bilə bilər?

Sehrin əlamətləri aşağıdakı kimidir:

  1. Bir insan evinin bir otağında yata bilir digərində isə yox, yaxud bir otaqda ev əhli rahat olur digər otaqda isə daim söz-söhbət və dava-dalaş baş verir. Bir ailə evdə özlərini narahat hiss edir, aqressivləşir, evdən çölə çıxdıqda isə bir-birlərinə normal münasibət göstərirlər.
  2. Hər zaman qarnınızda səbəbsiz ağrı varsa və həkimlər heç bir problemin olmadığını deyirsə bu sehrin əlaməti ola bilər.
  3. Bədəninizdə qəribə ağrıların daim fərqli orqanlarınızda yer dəyişdiyini hiss edirsinizsə, xüsusilə yemək yeyən zaman udqunmağınıza mane olan bir səbəbin olduğunu hiss edirsinizsə bu sehr əlamətidir.
  4. Anormal şəkildə ətrafdakı insanların hiss etmədiyi qoxular və səslər duymağınız sehr əlamətidir. Bunun ən təhlükəlisi isə heç kimin görmədəyi şeyləri görməyinizdir.
  5. Gecə yuxularınızda bəzən deyil, daim yuxarıdan düşdüyünüzü görməyniz.
  6. Yuxunuzda ilan, əqrəb, qara it və s. heyvanların daima sizi dişləyib, sancdığını görməyiniz.
  7. Qurani Kərim oxuduğunuzda (xüsusilə ərəbcə) özünüzü həddən artıq narahat hiss etməyiniz.
  8. Səbəbsiz yerə insanlardan uzaqlaşmaq, heç kimlə danışmaq və ya görüşmək istəməməyiniz.
  9. Səbəbsiz yerə yuxusuzluq və ya gecələr tez-tez qorxulu yuxular görmək.
  10. Azan oxunduğu zaman narahat olursunuzsa bu sizə sehr olunduğunun nişanələridir.

Bəs necə xilas olaq?

Sual 13: Bizə sehr olunduğunu necə bilək və xilas olaq?

  1. Günahlardan çəkinib, yaxşı əməlləri artırdıqca insanın ətrafında onu əhatə edən bir rəhmət qalxanı yaranır ki, bu onu sehrin təsirindən qoruyur. Əkinsə günahları artırmaq insanı bu rəhmət qalxanından məhrum edir. Davamlı olaraq musiqi dinləyən, davamlı olaraq televizor və ya internet izləyərək gözü haramlara baxmağa öyrəşən insana və ya davamlı olaraq haram mal yeyən, Allah`ın haram buyurduğu bankların faizli kreditlərindən istifadə etmək sehrin təsir gücünü artırır.
  2. Müsəlmanlar “Müsəlmanın Qalası” adlanan səhər-axşam zikrlərini tərk etməməlidir. (Bu zikrlərin vaxtı səhər-sübh namazından günəş çıxana qədər, axşam- əsr namazından günəş batana qədər olan vaxt). Bu zikrləri əldə etmək istəyən mobil telefonlarda da “Müsəlmanın Qalası” adlı kitabçanı yükləyə bilər.
  3. Səhər və xşam Ayətul-Kürsi, Fələq, Nəs və İxlas surələrini oxumaq. Allah Rəsulu salləllahu əleyhi və səlləm yatarkən İxlas, Fələq və Nəs surələrini oxuyur, əllərinə üfürdükdən sonra (əllərini) üzünə, sonra isə bədəninə çəkərdi. (Əbu Davud, Tirmizi, Buxari, Müslim) Bunu etməklə insan həm sehrdən qorunmuş olar, həm də qorxulu yuxulardan azad olar.
  4. Evdə davamlı olaraq ərəbcə Bəqərə surəsini oxumaq və ya dinləmək
  5. Evin bir küncündə məscid formalaşdırmaq, orada ev xalqı ilə birlikdə ibadət etmək, Quran oxumaq və s. Bu, cin və şeytanların o evdən uzaqlaşmasına səbəb olur
  6. Xüsusi ruqiyyə ayələri vardır ki, bunu internetdən hazır formada yükləyib dinləmək və ya ev ətrafında onu səsləndirmək olar.
  7. Bütün bunlara baxmayaraq sıxıntılar bitmirsə, ərəbcə düzgün oxuyan və ruqiyyə etməyi bacaran bir şəxsdən onun üçün ruqiyyə etməsini xahiş etmək.

Allah təala bizi sehrin şərrindən qorusun. Amin!!

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.