Hədid surəsindəki incə məqam

    Bu ayələri anlamaq üçün nazil olduğu zamana baxsaq görərik ki, müsəlmanlar həmin vaxtlar kafirlərin təhdidi altında, maddi, mənəvi və fiziki cəhətdən mühasirəyə alınmış halda idilər. Kafirlərin iqtisadi boykotu isə müsəlmanların sıxıntılarını daha da artırmışdı. Bütün Ərəbistanda müsəlmanlar zülm altında idilər. Kafirlər müsəlmanların bu halını onların səhf yolda olmalarının dəlili olaraq görür, münafiqlər isə bu vəziyyətdən istifadə edərək müsəlmanların qəlbinə şübhə salır və beləcə öz şübhələrinin doğruluğunu isbat etməyə çalışırdılar. Digər tərəfdən isə ixlaslı müsəlmanlar bu hala dözsələr də səbirləri tükənirdi. Müsəlmanlar bu şərtlər daxilindəykən Allah təala hadid surəsinin bu ayələrini nazil etdi. Allah təala müsəlman qullarının onlara vəd etdiyi Cənnəti qazanmaları üçün vəzifə olaraq İslamın dəvət yükünü yükləyəcəkdi. Bu vəzifəni yerinə yetirmək üçün isə müsəlmanların güclü, məğlubedilməz imana sahib olmaları lazım idi. Bunun üçün müsəlmanların bu Rəbbani tərbiyədən keçmələri lazım idi. Ağıl sahibi olan müsəlman qullar üçün bu ayələrdə ifadə olunan məlumat, yəni hər şeyin Allah təalanın elmi daxilində olması insanın iradə,
səbr və inanc köklərini qüvvətləndirən məlumat idi.

    Günümüzdə praktikada İslamı özünə həyat tərzi olaraq seçən və yaşadan birisi üçün ayələrdəki məlumat onun həyatında verəcəyi qərarlara təsir edəcək, iradə və səbri üçün enerji, stimul mənbəyi olacaqdır. Bu enerji mənbəyi insanı Cəhənnəmdən qurtarıb Cənnətə aparacaq yolda azuqə olduğu üçün, insan bu azuqəni haradan və necə əldə etməkdə maraqlı olmalıdır. Allah təala bunu özünə dərd edən qullarına lütf edərək qullarının başlarına gələn xeyir və ya bəlanın Özünün nəzarətində olduğunu bildirərək qullarının qəlblərinin sükunətini qoruyur. “Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir.”

    Ümumən baxsaq İslam mistik, sadəcə bəzi səslər və hərəkətlərdən ibarət olan bir din deyil. Allah təalaya iman etdiyini iddia edən hər kəs imtahan meydanında yoxlanılır. Bir çox insan öz fərdi yaşayışının imtahan olmadığı şüurundadır. Bu isə şeytanın insan övladını sala biləcəyi ən böyük fitnə və tələdie. Bu, imtahan başladığı halda bundan xəbəri olmayan tələbənin auditoriyadakı qəribə halına bənzəyir. Bu tələbənin imtahanının nəticəsi isə öncədən bəllidir. Hər bir insanın yeni günə başladıqda kiçik və ya böyük hədəfləri, planları olur. Günün sonunda insan ya bu hədəflərə müvəffəq olur, ya da müvəffəq olmur. Beləliklə əslində hər bir insanın gün ərzində qəlbi imtahan olunmuş olur. Ya uğurunu özündən bilir ya Rəbbindən, ya uğursuzluğunda Rəbbinin ona təqdir etdiyinə üsyan edir, ya da bu ona sıxıntı vermir.

Müsəlman olmaq- hədəflərinə, planlarına müvəffəq olduqda və ya müvəffəq olmadıqda qəlbinlə Allah təalaya həmd edə bilməkdir. Çünki bunu ona təqdir edən Allah təaladır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.