İslamdakı xoşbəxtlik

Həyatda xoşbəxtlik məfhumu

Bu həyatda xoşbəxtliyin bəlkə də ən mühüm amillərdən biri olmasına baxmayaraq, hələ də elm bu məfhumu tam izah etməkdə acizdir. Bu konsepsiyanın elə özü bir qədər anlaşılmazdır. Bu bir ideyadırmı, emosiyadırmı, məziyyət, fəlsəfə, yoxsa bir idealdırmı, yoxsa bu, sadəcə genimizə proqramlaşdırılıb? Hələ də buna dair hamılıqla qəbul edilmiş bir anlayış yoxdur, amma bu günlərdə görünür ki, hər kəs xoşbəxtlik satır – narkodilerlər, əczaçı şirkətlər, Hollivud, oyuncaq şirkətləri, özünə-kömək qrupları və əlbəttə ki, Disney. Yəni, doğrudanmı xoşbəxtlik satın alına bilər? Məmnunluğu artırmaqla, şöhrət və var-dövlət qazanmaqla, yaxud həddi-hüdudu olmayan cah-cəlalla dolu bir həyat yaşamaqla xoşbəxtliyə nail olmaq olurmu? Bir sıra məqalələrdə, Qərbdə indiki mədəniyyət anlayışından sonra Qərb düşüncəsində xoşbəxtliyin necə inkişaf etdiyini qısa şəkildə araşdırmağa cəhd edəcəyik. Nəhayət, İslamda xoşbəxtliyin mənası və xoşbxtliyə nail olmağın bir neçə yolu müzakirə olunacaq.  

Qərb düşüncəsində xoşbəxlik anlayışının inkişafı 

Xristian ideyası xoşbəxtlik haqqında İsa peyğəmbər əleyhissalamın dediklərinə əsaslanır;

… indi sizin kədərlənmək vaxtınızdır, Sizi bir daha görəcəm və siz şənlik edəcəksiniz və heç kimsə sizin sevincinizi əlinizdən almayacaq”. (Con 16:22)

Xristianların xoşbəxtliklə bağlı ideyası əsrlər boyu inkişaf etmiş və öz növbəsində, günah teologiyasına əsaslanmışdır. Yəni, müqəddəs Avqustinin Allahın Şəhəri əsərində izah etdiyi kimi, bu teologiya onu öyrədir ki, Adəm və Həvva Cənnətdə günah etdiklərinə görə, əsl xoşbəxtliyi “bu həyatda əldə etmək çətindir”[1] 

1776-cı ildə, Tomas Cefferson, Avropa və Amerikada bu mövzuya dair tam bir əsrlik fikirləri ümumiləşdirərək, xoşbəxtlik axtarışlarını “sübuta ehtiyacı olmayan” bir həqiqət hesab etmişdir.  Bu zamana qədər, xoşbəxtlik barədə həqiqətlər o qədər tez-tez və o qədər inamla bəyan edilmişdi ki, çoxları üçün bunun az qala heç bir sübuta ehtiyacı yox idi. Bu, Ceffersonun dediyi kimi, sübuta ehtiyacı olmayan açıq bir həqiqət idi. Böyük əksəriyyət üçün ən böyük xoşbəxtliyi təmin etmək, əsrin mənəvi borcuna çevrilmişdi. Amma bəs necə olmuşdu ki, “sübuta ehtiyac olmayan həqiqət” xoşbəxtlik axtarışına çevrilmişdi? Doğrudanmı o elə açıq-aydın idi ki, xoşbəxtlik bizim təbii olaraq arzuladığımız sonumuz idi? Xristianlar etiraf edirlər ki, insanlar dünyanı zəvvar kimi dolaşarkən xoşbəxlik axtarışında olmuşlar, lakin ona nail olmaqla bağlı şübhəli qalmışlar. Başqa yerdə, Cefferson özü də bu təqib nəticəsində nə zamansa qənaətbəxş bir nəticəyə varacaqlarına dair pessimist düşünürdü. “Allahın niyyəti kamil xoşbəxtliyin… öz yaratdıqlarından birinin ən çox istədiyi şey olması deyildi”, o, 1763-cü ildə yazdığı məktubda göstərmişdir, və məntiqi olaraq əlavə etmişdir ki, hətta “aramızda ən bəxtli olanımız belə, ömür yolunda tez-tez, bəlkə də bizə böyük iztirab verə biləcək bədbəxtliklərə və uğursuzluqlara məruz qalmışdır. [2] “Beyinlərimizi bu həmlələrə qarşı “möhkəmləndirmək”, deyə o, fikrini belə tamamlamışdır, “həyatımızda əsas tədqiqat və cəhdlərimizdən biri olmalıdır”. 

Beşinci əsrdə Boesius “Allah özü elə xoşbəxtlikdir”, deyə iddiasını yeridə bilmişdisə də,[3] 19-cu əsrin ortalarına qədər, bu formul tərsinə oxunaraq belə qəbul olundu: “Xoşbəxtlik Allahdır”. Yer üzündə xoşbəxtlik bütlərə sitayiş, müasir həyatın əsl mənası, insanın ilham mənbəyi, mövcudluğun məqsədi, səbəb və nəticə kimi təzahür etdi. Əgər xoşbəxtlik, Freydin dediyi kimi, “Yaradılış planında yox idisə”,[4] Yaradanın əl işini dəyişib, xoşbəxtliyi demokratizm və azad-bazar iqtisadiyyatı kimi istehsal, istehlak və ixrac etməklə, onu o plana daxil etməyə hazır olanlar var idi. Filosof Paskalın müşahidələrinə əsasən, “Xoşbəxtlik bizim çağdaş demokratiyalarımızın yeganə üfüqüdir.” Əvəzedici/surroqat bir din kimi, materializm Allahın yerini ticarət passajına dəyişdi.

Qərb Mədəniyyətində Xoşbəxtlik

Bizim mədəniyyətimizdə yayılmış inanca görə, xoşbəxtlik var-dövlət sahibinə çevrilməklə, gücə sahib olmaqla və ya məşhurlaşmaqla olur. Gənclər məşhur pop idola çevrilmək istəyirlər, əzəli arzuları isə cek-pot udmaqdır. Çox vaxt xoşbəxtliyi axtararkən, biz bunu bütün stress, kədər və narahatlıqlarımızı kənarlaşdıraraq etmək istəyirik. Bəziləri üçün xoşbəxtlik əhval-ruhiyyəni dəyişən terapiyalardadır. Tarixçi Eva Moskoviç amerikalıların terapiya nəzəriyyəsinə mübtəla olması haqqında bəzi fikirlər irəli sürür: “Bu gün, bu mübtəlalıq heç bir sərhəd tanımır… Amerikada 260-dan çox [müxtəlif növlü] 12-mərhələli proqramlar mövcuddur. ” [5]

Xoşbəxtlik əldə etmək üçün niyə bu qədər problemlə üzləşməyimizin bir səbəbi onun haqqında heç bir ideyaya sahib olmamağımızdır. Nəticə etibarilə, biz həyatda zəif mühakimələr yürüdürük. Bir İslam rəvayəti mühakimə ilə xoşbəxtliyin əlaqəsini əks etdirir. 

“Ey müdrik insan Nəsrəddin” - deyə, fəal bir tələbə söylədi, “sənə mühüm bir sual verməliyəm ki, bunun cavabını hər kəs axtarır; xoşbəxtliyə nail olmağın sirri nədir?”

Nəsrəddin bir qədər düşünüb sonra cavab verdi. “Xoşbəxtliyin sirridüzgün mühakimə etməkdədir. ” 

“Ah! ” - tələbə dedi. “Bəs düzgün mühakiməni necə əldə edə bilərik?” 

“Təcrübə ilə” - deyə, Nəsrəddin cavab verdi. 

“Yaxşı” - tələbə söylədi. “Bəs biz təcrübəni necə qazanırıq? ”

“Zəif mühakimə.” 

Düzgün mühakimə etməyimizin bir göstəricisi rahatlaşdırıcı materialist fikirlərin mütəmadi xoşbəxtliyə öz-özünə aparmayacağını bilməkdir. Düzgün mühakiməmiz nəticəsində həmin qənaətə gəlib çıxdıqdan sonra biz öz rahatlaşdırıcı fikirlərimizə dalmırıq. Biz əlçatmaz görünən xoşbəxtiliyi əldə etməyə can atırıq. Çoxlu pul qazanırıq. Çünki hesab edirik ki, xoşbəxt olmağın yolu budur və bu prosesdə ailəmizə biganə yanaşırıq. Xəyal etdiyimiz əksər böyük hadisələr ümid etdiyimizdən daha az davam edən xoşbəxt sonluqla bitir. Gözlədiyimizdən və ya ümid etdiymizdən daha az xoşbəxtliyə nail olmaqdan əlavə, çox vaxt nəyi istədiyimizi, bizi nəyin xoşbəxt edəcəyini və ya onu necə əldə etmək lazım olduğunu dəqiq bilmirik. Biz yanlış mühakimə edirik.        

Davamlı xoşbəxtlik “onu yaratmaqla” gəlmir. Təsəvvür edin ki, kimsə əllərini bir-birinə vurmaqla sizə şöhrət, xoşbəxtlik, var-dövlət verə bilir. Xoşbəxt olardınızmı? Siz eyforiyaya düşərdiniz, amma bu çox çəkməzdi. Tədricən öz yeni şəraitinizə alışar və həyat yenə də öz normal qarışıq emosiyaları ilə geri qayıdardı. Tədqiatlar göstərir ki, böyük lotereya qalibləri bir neçə aydan sonra adi bir insandan da az xoşbəxt olurlar! Sevincini bərpa etmək üçün sənin indi hətta əvvəlkindən də çox şeyə ehtiyacın var.   

Bunu necə etdiyimizi fikirləş. 1957-ci ildə, bizdə bugünkü dollarla ifadə edilən adambaşına düşən gəlir 8,000 dollardan az idi. Bu gün bu rəqəm 16, 000 dollardır. İkiqat artmış gəlirlə, biz indi pulla ala biləcəyimiz ikiqat əmtəəyə sahibik – o cümlədən adambaşına düşən maşınların sayı da ikiqat artmışdır. Bizim həmçinin, mikrodalğalı sobalarımız, rəngli televizorlarımız, video-maqnetofonlarımız, avtocavabverən telefonlarımız və ildə 12 milyard dollar dəyərində brend idman  ayaqqabılarımız vardır.     

İndi deyin görək, biz daha xoşbəxtikmi?  Xeyr. 1957-ci ildə, amerikalıların 35 faizi Milli Düşüncələrin Tədqiqatı Mərkəzinə “çox xoşbəxt” olduqlarını bildirmişdilər. 1991-ci idə, eyni sözləri yalnız onların 31 faizi söyləmişdi.[6]  Bu tərəfdən isə, ruh düşkünlüyü baş alıb gedir... 

Allahın Elçisi, Peyğəmbərimiz saləllahu əleyhi və səlləm buyurmuşdur: “Əsil zənginlik var-dövlətə sahib olmaq deyil, əsil zənginlik qəbin zənginliyidir”. (Buxari)


https://www.islamreligion.com/ saytından tərcümə edilib

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar