“Ən yaxşı” məfhumu

Bəli, artıq gözləməyə ehtiyac yoxdur. Aşağıda Muhəmməd salləllahu əleyhi və səlləmdən rəvayət olunan yüzlərlə hədislərdən seçilmiş hədislər sizin üçün verilmişdir ki, bunlar dəqiq olaraq necə ən yaxşı olmağın, ən yaxşı xasiyyətlər daşımağın, bizim üçün həqiqətən ən faydalı olacaq bilik öyrənmənin, həqiqiqətən də üzərində düşünülməsi gərəkən ən böyük məsələlərin, ümidə bağlanması gərəkən ən böyük arzuların hansılar olmasının və sonda Adı Mübarək olan ən Böyük  və Qadir Allah`a ən sevimli qul olmanın yollarını göstərir.

Burada nə bir subyektiv fikir, nə bir boş ifadə, nə də hansısa qeyri-müsləman olan mütəfəkkirlərin fikirləri var. Sadəcə ilahi meyarlara əsasən həyat sürmüş və ilahi qanunları ən yaxşı şəkildə hayatında tətbiq edərək özündə inkişaf etdirmiş, insanlığın ən böyük örnəyi Muhəmməd salləllahu əleyhi və səlləmdən kəlamlar.

Buyurun..

ƏN YAXŞILARIN ƏN YAXŞISI..!!

Allah Rəsulu salləllahu əleyhi və səlləmdən;

“Müsəlmanların ən xeyirlisi (digər) müsəlmanların onun əlindən və dilindən güvəndə olduqları şəxslərdir.”

“İnsanların ən yaxşısı onlardan ən üstün xasiyyətləri olanıdır.”

“İnsanların ən yaxşısı digər insanlara ən çox faydası toxunanıdır.”

“İnsanların ən yaxşısı öz məsuliyyətlərini yerinə yetirməkdə ən dəqiq olanıdır.”

“Fitnə düşdükdə insanların ən yaxşısı öz atının yəhərini çəkib Allah`ın düşmənlərini izləyənlərdir, elə ki, onları qorxmağa vadar edir, ya da bir səhrada özünü təcrid edərək (xəlvətə çəkilərək) Allah``a qarşı olan öz vəzifələrini yerinə yetirənləridir.”

“İnsanların ən yaxşısı mənim ümmətimdir (mənim yolumla gedənlər), sonra onları izləyənlər və sonra da onları izləyənlər. Amma ondan da sonra elə nəsil gəlcək ki, xəsislik edəcəklər, tamahkarlığı sevəcəklər və onlardan soruşulmamışdan qabaq şahidlik edəcəklər.”

“Qadınların ən xeyirlisi o kəsdir ki, öz yoldaşını gördükdə onu məmnun edir, bir buyuruq buyurduqda ona tabe olur və onun yoxluğunda özlərini və onun pulunu (malını) qoruyur.”

“Nikahların ən yaxşısı ən sadə (az xərcli və israfdan uzaq) olanıdır.”

“Dininizin ən yaxşı xüsusiyyəti vicdanlı olmaqdır.”

“İslamda ən yaxşınız dini dərin anladığı dərəcədə xarakteri ən yaxşı olanınızdır.”

“Sizin ən yaxşınız ailəsinə ən yaxşı davrananıdır, ailəsinə qarşı ən yaxşı olanınız isə mənəm.”

“Sizlərdən ən yaxşısı mənim ümmətimdir (mənim yolumla gedənlər), sonra onları izləyənlər və sonra da onları izləyənlər. Amma ondan da sonra elə nəsil gəlcək ki, aldadacaq və güvənilməz olacaq, onlardan soruşulmadığı halda belə şahidlik edəcək, vəd edəcək amma onu yerinə yetirməyəcəklər və onlarda həddindən artıq kökəlmə (piylənmə) peydə olacaq.”

“Sizlərdən ən xeyirlisi başqalarını yedirən və salama cavab verənlərdir.”

“Özünüzə qarşı ən yaxşı müalicə kürəkdən qan almadır.”

“Qan almağınınz üçün ən xeyirli gün ayın 17, 19 və 21-ci günləridir. Onlar mənə: “Ey Muhəmməd, (kürəyindən) qan al” deməyincə İsra gecəsində mələklərin bir toplantısını belə buraxmazdım.”

“Ən yaxşı səyahət mənim Məscidimə və ən Qədim Evə (Kəbəyə) səyahətdir.”

“İnsanın özündən sonra qoyub gedəcəyi ən xeyirli (yaxşı) şey üçdür; Valideyni üçün dualar edən dindar (mömin) uşaq, davam edən sədəqə hansının ki, mükafatı ona çatmaqda davam edir və başqalarının ondan sonra yararlandığı bilik.”

“Qadınlar üçün ən yaxşı Məscid evlərinin xəlvət (sakit) yerləridir.”

“Dünya qadınlarının ən yaxşıları dörddür; İmranın qızı Məryəm, Xuveylidin qızı Xədicə (Peyğəbər salləllahu əleyhi və səlləmin ilk zövcəsi), Muhəmməd salləllahu əleyhi və səlləmin qızı Fatimə, Fironun zövcəsi Asya.”

“Günəşin çıxdığı ən xeyirli gün Cümə günüdür. Bu gündə Adəm yaradılıb, bu gündə Adəmə Cənnəttə girmək əmr olunub və bu gündə oradan çıxarılıb (yerə göndərilib). Qiyamət də bu gündən başqa bir gündə qopmayacaqdır.”

“Həqiqətən də kişilər üçün ən yaxşı ətir güclü ətiri olan və yüngül (zəif) rəngi olanıdır, qadınlar üçün ən yaxşı ətir güclü rəngi olan və yüngül (zəif) ətiri olanıdır.”

“Dinlər arasında Allah qatında ən yaxşı din ən asan və asanlıqa qatlanıla bilənidir (İslam).”

“Allah qatında ən sevimli əməl kiçik əməl olsa belə davamlı olanıdır.”

“Allah qatında ən sevimli adlardan Abdullah, Abdu`r-Rahmən və Harisdir.”

“Allah qatında ən sevinli əməllərdən vaxtında qılınan namaz, valideyinlərə qarşı mükəmməl davranış və Allah yolunda Cihaddır.”

“Allah qatında ən sevimli əmməllərdən biri odur ki, sən ölürsən və sənin ağzın Allah`ı zikrdən hələ də rütubətlidir.”

“Uca Allah qatında ən sevinli sözlər dörddür; Subhənallah, Əlhamdulilləh, Lə iləhə illəllah və Allahu Əkbər. Hansı ilə başlamağının fərqi yoxdur.”

Allah qatında qulun söylədiyi ən yaxşı iki cümlə “Subhənallahi va bihəmdihi” (Allah bütün nöqsanlardan uzaqdır və biz ona şükr edirik) və “Subhənallahi`l-Azim” (Uca Allah bütün nöqsanlardan uzaqdır).”

“Uca Allah qatında ən sevimli cümlə Onun mələklər üçün seçdiyi “Subhəna Rabbi va bihamdihi, Subhəna Rabbi va bihamdihi, Subhəna Rabbi va bihamdihi” cümləsidir.”

“Allah qatında ən sevimli insanlar ən çox fayda verənlərdir və Qadir Allah qatında ən sevimli əməllərdən müsəlman qardaşına sevinc gətirməyindir, onu çətinlikdən (dərddən) çıxarır, və ya onun borcunu ödəyir ya da aclığı ondan uzaqlaşdırırsan. Mənim üçün çətin anında müsəlman qardaşımın yanında olmaq bir aylıq məscidə xəlvətə çəkilməkdən (ibadət üçün) daha üstündür. Kim öz qəzəbini boğsa Allah onun günahlarını örtəcək, kim hiddətini onu üzə çıxarmaq anında saxlasa, Allah Yenidən-diriliş (qiyamət) günündə onun ürəyini rahatlıqla dolduracaq. Kim ehtiyacı olan müsəlman qardaşının yanında onun ehtiyac anında yeriyər, Allah bütün ayaqların sürüşdüyü bir gündə (Qiyamət) onun ayaqlarını sabit qılacaq. Həqiqətən də, pis xasiyyət əməlləri (xoş) sirkənin balı məhv etdiyi kimi məhv edir.”

“Quran oxunan zaman insanların ən yaxşısı oxuduğu anda onun Allah`dan qorxduğunu gördüyün adamlardır.”

“Sizin başçılarınızın ən yaxşısı o kəsdir ki, siz onları sevirsiniz və onlar da sizi sevirlər, siz onlar üçün dua edirsiniz və onlar da sizin üçün dua edirlər. Sizin başçılarınızın ən pisi odur ki, siz onlara nifrət edirsiniz və onlar da sizə nifrət edirlər, siz onlara lənət oxuyursunuz və onlar da sizə lənət oxuyur.”

“Sizlərən ən yaxşınız borcunu ödəməkdə ən dəqiq olanıdır.”

“Sizlərdən ən yaxşınız ən uzun ömürlünüz və ən yaxşı xasiyyətli olanınızdır.”

“Sizlərdən ən yaxşınız ən uzun ömürlünüz və ən xeyir əməlli olanınızdır.”

“Sizlərdən ən yaxşınız zövcələrinə qarşı ən yaxşı davrananıdır.”

“Sizlərdən ən yaxşınız Quranı öyrənən və onu öyrədəninizdir.”

“Məkanların ən yaxşısı Məsciddir, məkanarın ən pisi bazardır.”

“Sədəqələrin ən yaxşısı sizi yenə də müstəqil (özünü təmin edən) qılan sədəqədir, çünki verən əl istəyən əldən daha üstündür, sədəqəyə tabeliyinizdə olanlardan başlayın.”

“Məclislərin ən xeyirlisi ən açıq olanıdır.”

“Allah qatında ən sevimli əməl Allah`a iman gətirmək, sonra qohumluq əlaqələrinin saxlanmasıdır, sonra da yaxşını əmr edib pisə yol verməməkdir. Allah qatında ən pis əməllər isə Allah`a şərik qoşmaq və qohumluq əlaqələrini pozmaqdır.”

“Allah qatında ən sevimli Cihad (mübarizə) haqqın zalım başıçıya söylənməsidir.”

“Mənim üçün ən sevimli söz doğru sözdür.”

“Allah qatında ən sevimli oruc Davud əleyhi`s-salamın orucudur, o günaşırı oruc tuturdu. Allah qatında ən sevimli ibadət Davud əleyhi`s-salamın ibadətidir. O gecənin yarısını yatardı, onun üçdə birini ibadət edərdi, qalan altıda birini isə yenidən yatardı.”

“Allah qatında ən xeyirli yemək daha çox əlin (adamın bir qabdan) yediyi yeməkdir.”

“Allah qatında ən yaxşı qul öz tabeliyində olanlara qarşı daha xeyirli olanıdır.”

“Qazancların ən xeyirlisi qara işçinin (əl əməyi ilə) bütün gücünü sərf etdiyi müddətcə qazandığıdır.”

“Bütün əməllərin ən xeyirlisi yalnız Allah`a iman gətirmək, sonra Cihad və sonra da qəbul olunmuş Həccdir. Onlar günəşin çıxdığı yerlə batdığı yer arasındakı məsafə qədər bütün digər əməllərdən daha xeyirlidir.”

“İmanın ən yüksəyi səbir və geniş qəlblilikdir (bağışlayıcılıq).”

“Cihadın ən böyüyü insanın öz daxili (nəfs) və istəkləri (həvəs) ilə mübarizəsidir”

“Xatırlayıcı sözlərin ən yaxşısı “Lə iləhə illəllah” və duaların ən yaxşısı “Əlhəmdulilləh”-dir.”

“Saatların ən xeyirlisi gecənin son saatlarıdır.”

“Şəhidlərin ən yaxşısı ön cəbhədə vuruşanlardır, onlar öldürülənə qədər üzlərini geri çevirmirlər. Onlar cənnətin ən yuxarı otaqlarında yerləşdiriləcəklər, onların Rəbb`i onlara gülümsəyəcək, sizin Rəbb`iniz quluna gülümsədikdə artıq ona hesab tutulmayacaq.”

“Sədəqələrin ən yaxşısı sənə qərəz bəsləyən qohumuna verdiyin sədəqədir.”

“Sədəqələrin ən yaxşısı sənin sağlam və həvəsli (pula qarşı) olduğun, eləcə də yoxsulluqdan qorxaraq varlanmaya ümid etdiyin vaxt verdiyin sədəqədir. Onu son nəfəsini vercəyin vaxta qədər saxlama.”

 “Sədəqələrin ən yaxşısı su verməkdir (su ilə təmin etmək).”

“Ən yaxşı ibadət (fərz ibadətindən sonra) gecənin dərinliyində olan ibadətdir və Ramazan ayından sonra ən yaxşı oruc Muhərrəm orucudur.”

“Hicrət edənlərin ən yaxşısı Allah`ın qadağan etdiyi şeydən hicrət edənlərdir.”

www.iloveallaah.blogspot.com – dan tərcümə edilmişdir.

P.S. Bu yazı saytımıza bir oxucumuz tərəfindən daxil olmuşdur.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.