Skip to main content


Gündəmimizdə qalmalı olan sual

Sözügedən sual “Allah kimdir?” sualıdır. Əslində sadə görünsə də dəvət edənin və edilənin bütün proseslərini tənzimləyən məhz bu sualdır.

İman etməyən birisi bu sualla Allah`ı ilk öncə tapar. Bunu üçün yaradılış ayələri onun gözü önünə çıxarılar. Onları düşünməyə dəvət olunar. Yaradılış ayələri son zamanlar bizim dəvətimizin mərkəzindən belə çıxmaqdadır. Halbuki yaradılış ayələri insanda qəti bir təsdiq doğurmadıqca iman səhih olmaz.

İkincisi isə əgər adam iman etmiş birisi isə bu sual onu hər gün Allah`ın bir ad və ya sifətinə yönəldər. Bu isə həmin şəxsin duasını bərəkətləndirər. Dua bərəkətləndiyi təqdirdə isə o şəxsin həyatı dəyişər, ona sükunət və rahatlıq enər.

Bu sükunət mal və can güvənliyi olduğu kimi bəzən bunlar olmayıb imanın mühafizəsi də ola bilər. Belə ki, imandan qeyri hər şeyin bərpası mümkünsə imanın başqası ilə əvəzi mümkün deyildir.

Ona görə də ey dəvətçi qardaşım bu sualı həmişə gündəmdə saxlamağa çalış.

“Allah kimdir?”