Skip to main content


Dəvətçinin keçəcəyi ilk mərhələ

İlk öndə onu demək lazımdır ki, hər bir dəvətçi eyni zamanda müsəlman üçün Allah Rəsulu salləllahu əleyhi və səlləm bir nümunədir. Həmçinin onun həyatının gedişindən də bir dəvətə hazırlıq və dəvətdən qabaq nümunə kimi istifadə etmək olar.

Allah təala Rəsulu salləllahu əleyhi və səlləmə peyğəmbərik göndərməmişdən əvvəl ona Hira mağarasında insanlardan uzaq qalaraq təfəkkürə çəkilməyi sevdirmişdi. Amma bu gün dəvətdən öncə bu ilahi sünnəti unudan bir çox dəvətçini görmək mümkündür.

Dəvətçi qardaşlarım! Dəvətdən qabaq bir az cəmiyyətdən aralanmaq, dua ilə bu dəvətə hazırlaşmaq və təfəkkürlə məşğul olmaq sünnətini dirçəltmək zamanı gəlmədimi?

Tələsik, duasız və eləcədə təfəkkür dayanacağında dayanıb düşünmədən dəvət fəaliyyətlərinin edilməsinin ölkəmizi və digər müsəlman ölkələrini nə günə qoyduğunun şahidiyik.

İkinci məsələ isə dəvətçinin dəvət edəcəyin risalətin nə qədər ağır bir yük olduğunu dərk etməsidir. Məgər Rəbb`imiz elçisinə “sənə ağır bir söz vəhy ediləcək” demədimi? Bir dəvətçi şəxsi həyatında, ibadət və itaətində o ağır sözün əlamətlərini öz üzərində hiss etdirmirsə burada həmin sözün əzəmətindən danışmaq yersiz olardı.  

Vəhyin ağırığını dərk edən Allah Rəsulu salləllahu əəleyhi və səlləmin yolunun İslamın ağırlığını dərk etməyən bir  dəvətçinin əlinə keçməsi bir faciədən başqa bir şey deyildir.

Daha sonra isə dəvətçinin ilk xəbərdar edəcəyi məsələ insanları düşünməyə vadar edəcək Rəbb`inin əzəmətidir. Bu, mübahisə doğuracaq yerlərdən başlamaq və bunun üzərində dayanmaq deyil, məntiq və təfəkkürlə dəstəklənən möhkəm ayələrin təbliğidir.

Bundan sonra xəbərdar edəcəyin məsələ xəbərdar etdiyin insanların texniki olaraq yaxınlığına önəm verməkdir. Çünki sən Allah`ın izni, fəziləti və rəhməti ilə həmin şəxslərin İslami şəxsiyyətinin nəqqaşı ola bilərsən. Amma yaxını qoyub uzaqlara getsən görəcəyin iş fəsaddan başqa bir şey olmayacaq və sən heç kimin inşasında iştirak edə bilməyəcəksən.

Belə olduğu təqdirdə sən ya Rəbb`imizi ilah edəcək nəsillər əvəzinə nəfsini ilah edəcək insanlar, ya da ağılsız abidlər yetişdirəcəksən.