Skip to main content


Dəvətçinin nəfsi ilə savaşı

Allah`a sığındığımız şeytan dəvətçidə bir neçə fəsadlar açmaq istər. İlk öncə niyyətini pozmaq istər. Bunun üçün ya onu dillərə dastan edər, ya da tanınmasına əngəl olar.

Hər ikisi biri birinə zidd olsa da dəvətçinin iç dünyasında eyni duyğular keçər.   “Filankəsi dinləyirlər məni niyə dinləmirlər?”. Yaxud da məkanda hamını bağladığı üçün ona bir təkəbbür gələr.

Hər iki halda ixlas pozular. İkincisi dəvətçinin nəfsində özünü digərlərinə nisbətdə xüsusi görmə istəyi yaranar. Onun dəyərindən artıq şişirdilməsi ilə məşğul olan heyranlarını xəbərdar etməz. Bu isə özü də bilmədən özünün bütləşməsinə gətirib çıxarar.

Üçüncüsü elmdə özünü rasix (dərinləşmiş) biri olaraq görməyə başlar. Digərlərinin qənaət qabiliyyətlərini zəif sayar. Nəhayət, ibadətlərini azaldar.

O bəhanə ilə ki, mən dəvətçiyəm dəvət daha mühümdür. Amma bir də ayılar ki, hamını Allah`a dəvət etdiyi halda özü ilə Rəbb`i arasındakı bağlar çoxdan qopmuşdur.