Skip to main content


Dəvətdə məfhumun önəmi

İnsanın sadəcə əqidəni bilməsi ilə hər şey tamamlanmaz. İnsan məfhumlarını dininə görə ayarlamalıdır.

Amma təəssüflər olsun ki, bu gün sıravi müsəlmanlar bir tərəfə heç elm və dəvət məkanında olanlar da məfhumları bilmir.

Bilənlərin bir qismi isə onlara görə yaşamır. Bəs yaxşı nədir məfhumlar? Məsələn yaxşı məfhumu. Yaxşı Allah`ın yaxşı dediyidir. Allah Rəsulu salləllahu əleyhi və səlləmin yaxşı dediyidir.

Olar məfhumu... Bil ki, sən olar olmazları şəriətlə dəlilləndirməlisən. Bax o zaman sənin dəvətin İslam şəriətinə tamamilə uyğun olacaq.