Skip to main content


Dəvətdə müqabilindəki insana bax

Məsələn emosional gərgin və münaqişə sevən biri ilə danışmağın metodu ilə, sakit təbiətli biri ilə danışmağın metodu arasında fərq olmalıdır. Eyni zamanda dünya nemətlərini ilahlaşdıran, nəfsini ilahlaşdıran və işini ilahlaşdıranla özünə uyğun bir çəkildə davranmaq lazımdır. Və dəvətçi dəvət etdiyi hər bir şəxsi onun psixoloji, fiziki, iqtisadi vəziyyətinə müqabil islamın xidmətinə hazırlamalıdır.

Varlı birisi ilə dəvət işi apararkən ona zənginliyin nemət olduğu, burada kasıbların payı olduğu, əgər infaq etməzsə onu odun gözlədiyi xatırladılmalıdır. Fiziki güclü birisi ilə dəvət aparılarkən gücün zülmə səbəb olmaması zərurəti, dinin tələb etdiyi şəkildə istifdə edilməsinin zərurəti ona başa salınmalıdır. Gözəl danışıqlı birisi üçün ona verilən nitq qabiliyyətinin gələcəkdə insanları xeyirə çağırmaq üçün lazım olacaqğını, boş və faydasız şeylərdən danışmamasını xatırlatmaq lazımdır.

Dəvətçi öz fəaliyyətində bilməlidir ki, o müsəlmanı əmələmi dəvət edir və ya kafiri imanamı dəvət edir. Birinci halda xitab möminlərə ediləndir. Allah təala buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا

Ey iman gətirənlər! Allah`dan qorxun və doğru söz söyləyin! (Əhzab 70)

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbb`inizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allah`dan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisə 1)

İkinci halda isə müraciət ümumən insanları əhatə edir.

Bunun üçün dəvətçi iman və küfür anlayışlarını bilməlidir.