Bilirsinizmi, Allaha iman etməklə nələri qazanırıq?

Bəzən “İman etsəm və Allaha yaxın olsam, bu həyatıma necə təsir edəcək və nə dəyişəcək ki?” deyə düşünə bilərsiniz. Bu məqalədə bizim Allahı tanımaqla əslində nələri qazanmış olduğumuza toxunacağıq.

  1. Allahın dostluğunu qazanmaq

Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. (Bəqərə, 257)

  1. Allahın qoruması altında olmaq.

Hz Peyğəmbər s.a.s buyurur: “Hər kim sübh namazını qılarsa, Allahın qoruması altındadır” (Müslim, Məsacid, 262)

  1. Allahın Rəhmətini və rızasını qazanmaq

Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük ne´mət olan) Allah rizası vardır. Allah, həqiqətən, bəndələrini görəndir! (Ali-İmran surəsi, 15)

  1. Qəlbə sükunət və rahatlıq çökməsi

Bu gün Qərb ölkələrində milyonlara sahib insanların daim stress və fikir, əziyyət və müxtəlif problemlərlə üzləşdiklərini görürük. Lakin çox kasıb bir həyat şəraitinə sahib olsa da, dəri və ya ağac qabığı üzərinə yazdığı Quranı oxuyaraq Allahı tanıyan və xoşbəxtliyi üzündən bəlli olan onlarla insan vardır.

  1. Allahın məhəbbətini qazanmaq

"Allah səbr edənləri sevər" ( Ali İmran 146) 

-  Allah (haqsızlıqdan) çəkinənləri sevər (Tövbə 4)

- Yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir. ( Bəqərə 195).

-... Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!  (Bəqərə, 222)

-  Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər. (Ali İmran, 76).

-   O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.”  (Ali İmran 134)                                                               

... Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər! (Ali İmran 159).

... Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! "  (Maidə, 42).

  1. Allah tərəfindən himayə və qorunma

Şübhəsiz ki, Allah iman gətirən kəsləri (bəlalardan) qoruyar. (Həcc, 38)

  1. Allahın etdiyin heç bir yaxşı əməli puç etməməsi, əksinə daha da bərəkətləndirib artırması

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). (Zəlzələ, 7)

(Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zay etməz! (Hud surəsi, 115)

  1. İzzətlənmə, Allahın dünya nemətlərini Onun sevgisi və rızasını qazanmaq üçün sənin xidmətinə verməsi

Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və mö´minlərə məxsusdur (Münafiqun, surəsi 8)

  1. Bəsirət gözünü açması, hadisələri əvvəl görə bilmədiyin fərqli bucaqdan görə bilmə qabiliyyəti bəxş etməsi

Bəsirət gözü- Əşyanın və hadisələrin iç üzünü və gerçək mahiyyətini görmək, hadisələrə qəlb gözü ilə baxıb, Allah tərəfindən enən hikməti dərk etməkdir. Olacaq şeyləri öncədən sezəbilmə və buna uyğun davranış sərgiləmə bacarığıdır.

Hz Peyğəmbər s.a.s buyurur: Mömin'in fərasətinden qorxun, çünki o Allah'ın nuru ilə baxar.” (Tirmizi)

  1. Digər insanların gözündə sevgi və dəyərinin artması

Allah Təala bir qulu sevdiği zaman Cəbrayıla:  “Mən filan şəxsi sevirəm onu sən də sev!” deye əmr edər. Cəbrayıl onu sevər və sonra göy əhlinə: “Allah filan şəxsi sevir, onu siz də sevin” deyə səsələnər. Göy xalqı da o şəxsi sevər, sonra yer üzündəkilərin qəlbində o şəxsə qarşı bir sevgi yaranar… (Müslim, Birr 157)

  1. Allahın səni zülmətdən nura çıxarması

Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. (Bəqərə, 257)

Zülmət- narkotik, spirtli içki, qumar, zina, xəyanət, yalan, cadu, nəzər, iftirad, qəzəb, işkəncədir.

Nur- dürüstlük, təmiz xarakter, gözəl rəftar, böyüklərə hörmət, kiçiklərə mərhəmət, təmiz ruh, ibadət və nurdur.

  1. Qəlbin yaşaması

Qəlblər 3 növdür: sağlam, xəstə və ölü qəlblər. Bir nəfər otaqda oturduğu halda birdən qalxıb qapıya əl vurub otursa və insanların niyə bu hərəkəti etdiyini soruşduqda özünün də heç nə üçün etdiyini bilmədiyini desə, bu hərəkəti “dəlilik” kimi təəccüblə qarşılayarlar. 60-70 il ömür yaşayan insana nə üçün bu ömürü yaşadığını soruşduqda, bir səbəbi olmadan sadəcə həyat yaşadığını desə, bu hal da eyni şəkildə təəccüblə qarşılanar.

  13. Həm dünyada, həm də axirətdə gözəl həyat

Mö´min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl, 97)

  14. İşlərinin asanlaşması

Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər. (Talaq surəsi, 4)

  15. Doğru yolda olmaq

İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (doğru yola) qovuşdurar. (Yunus, 9)

  16. Ən böyük mükafat- Allahı görmək

O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır! (Qiyamı, 22-23)

Qeyd: Bütün bunları həyatınızda hiss etmək üçün gerçək bir imana sahib olmaq lazımdır. Yəni qəlbinizi həqiqi olaraq Qurana, Allahın sözlərinə açmalı, islami bir həyata sahib olmalısınız..

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar