Skip to main content


Siz də yuxunuza elmi və eyni zamanda İslami bir ölçü gətirin

Dotor Aslan Mayda bununla bağlı deyir ki, epifiz bezi, ifraz etdiyi melatoninə görə ruhi durumlarımız ilə əlaqəli bəzi davranışlara aid bir mərkəz funksiyasını daşıyır. O, cinsi həyatın nizamına təsir edir, infeksiyalara qarşı bədəni qoruyur, yuxunu gətirir və əhval ruhiyyəni düzəldir. Melatoninin ən yüksək olduğu saatları tutmaq üçün isə 21:00-da yatıb 03:00-da oyanmaq lazımdır. Bu vaxtda oyaq olub işıq alındığı zaman melatonin ifraz olunması davam edir.  Rodenburq Universitetindən professor Yurgen Zulleyin araşdırmalarına görə də gece 12.00-04.00 arası olan yuxu ən önəmli yuxudur.

Yuxu saatları və xəstəliklər

Saat 22:00-da təzyiq və ürək döyünməsinin sayı düşür, saat 04:00-dan sonra isə təzyiq və ürək düyüntülərində yüksəlmə başlayır. Saat 15:00-18:00 arasında isə ən üst səviyyəyə çatır. Bu səbəbdən təzyiq və ürək döyüntülərinin yüksək olduğu və hüceyrələrin ən üst dərəcədə çalışdığı əsr vaxtında (təxmini 17:00-20:00 yay vaxtilə) yatmamalısınız. Əks təqdirdə yüksək təzyiq və ürək narahatlığına yol açmış olarsınız. Eyni zamanda bu saatlar kərahət vaxtları hesab olunur və İslam dininə görə bu zaman yatmaq məsləhət görülmür, bu zaman periodunda əlavə ibadətlərə də icazə verimir.

Bir insan 3,5 saat yataraq 8 saat yatmış kimi enerji toplaya bilər

Axşam 22:00 ilə 02:00 arasında yuxu 200 % məhsuldardır. Yəni bu saatlar arasında 3 saat yatdığında 6 saat yatmış kimi olur. Gündüz isə 10:00 ilə 13:00 (qaylulə) arasında yuxu 400 % məhsuldardır. Bu saatlar arasında yarım saatlıq yuxu 2 saatlıq yuxuya bərabər olur. Bu səbəbdən də gecə 3 saat, gündüz də 0,5 (yarım) saata yatan bir kimsə zahirən 3,5 saat yatmış görünür. Gerçəkdə isə 8 saat yatmış kimidir. Heç bir yuxusuzluq da hiss etməz. Buna əlavə  olaraq  araşdırmalar gündüz yuxu almaq üçün ideal saatların günortadan sonra 2 ilə 4 arasında olduğunu da vurğulayırlar.

Bir də əsr vaxtından və gecə 04.00-dan sonrakı yuxular sadəcə 50 % məhsuldar olur. Yəni gecə 04:00-da yatan bir adam gündüz 16:00-da oyansa 12 saat yatar lakin özünü 6 saat yatmış kimi hiss edər.

Gündüz  (Qaylulə vaxtı ) bir miqdar yatmağın faydaları:

  1. Yorğunluğu aradan qaldırar.
  2. Yaddaşı qoruyar.
  3. Zehni yorğunluğu aradan qaldırar.
  4. İş qəzalarını azaldır.
  5. Uzun zaman stresi aradan qaldırar və ömrü uzadar.
  6. Səmərəli iş və işə fokuslanmanı təmin edər.
  7. Ürək xəstəlikləri riskini 37 % azaldar.
  8. Şəkərə və ürəyə yaxşı təsir edər.

Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yuxu nizamı

Bütün bu elmi məlumatlara baxdığımızda, Allah Rəsulu salləllahu əleyhi və səlləmin yuxu nizamının nə qədər elmi əsaslı olduğunu görəcəyik. Peyğəmbərimiz işa namazından sonra erkən yatar, sonra gecə təhəccüd namazına qalxardı. Sonra yenə yatmaz sübh namazına hazırlaşardı. Sübh namazından sonra kərahət vaxtı olması səbəbiylə yenə yatmaz, həmçinin ilkindi ilə axşam arası da yatmazdı. Günorta namazından əvvəl vəya sonra isə yarım saat, 1 saatlıq istirahət edər, yatardı.

Verdiyimiz məlumatlara baxdıqda Peyğəmbərimizin yuxu saatları elmi saatlara bərabər gəlir.

İşa namazından sonra yatmaq 22:00-23:00 (yay və qışa görə dəyişə bilər).

Təhəccüd namazına qalxmaq 02:00-03:00 arası.

Gündüz və ya günorta yuxusu 11:00-13:00 arası  vəya 14:00-16:00 arası.

Bu səbəblərə baxdıqda görürük ki, axşam erkən yatmaq və səhər namazından sonra yatmamaq və günorta yuxusu həm dini həm də elmi baxımdan çox faydalıdır.

Qaynaqlar

Yenidendogus.net “Din ve Bilim acisindan uyku ve vakitleri” 31.01.2010, 21:11

YüksekHedef.com “DÜZENLİ VE VÜCUDA YARARLI  UYUMAK İÇİN İZLENECEK BASAMAKLAR

BBC.com “DERGİ - Gündüz uykusu hangi saatlerde daha iyidir?” 6 Şubat 2015

Sabah.com.tr  “Uykunuza İslami ve Bilimsel Düzen Getirmeye Ne Dersiniz?“ 15.08.2015 14:53