Saqqal saxlamağın bioloji faydaları

Allah təala insana bəxş etdiyi yaradılış forması onun üçün ən uyğun dizayndır. Ona qadağan edilən şeylərdə mütləq onun yaradılışına ziyan və əmr olunduğu şeylərdə isə onun yaradılışına fayda vardır. Kişilər üçün yaradılış nizamı olan saqqalda da əslində Allah nə qədər fayda bəxş etmişdir. Biz bu faydaları araşdıraraq aşağıdakı kimi sıraladıq: 

1) Saqqal dəri xərçəngi riskini azalda bilir. Günəşin dərinizə zərər verən və dəri xərçənginin inkişaf etməsinə səbəb olan ultrabənövşəyi (UB) şüaları var. Bədəninizin əksər qismi geyimlər tərəfindən qorunduğu halda, günəşli havaya hər çıxdığınızda bir şapka taxmadığınız müddətcə, üzünüz daim günəş şüalarına məruz qalır. Saqqal isə mükəmməl qoruyucu vasitədir, çünki üzünüzün aşağı hissəsini örtür və nəticədə dəri xərçəngi riskini əhəmiyyətli ölçüdə azaldır.

2) Üzün qırışlanmasını yavaşladır. Üzün tüklərlə örtülməsi dərinin yaşlanmasının yavaşlamasına və nəticədə daha gec qırışlanmasına səbəb olur.

3) Üzdə təbii nəmliyi saxlayır. Üzünüzü qırxdığınızda, dəriniz yay aylarında günəş şüalarına və qışda soyuq havaya məruz qalır. Bu elementlər dərinizi qurudur. Ancaq sizi qoruyacaq bir saqqal varsa dəriniz nəmliyini qoruya bilər. Bundan əlavə dəriniz onu nəm saxlayan xüsusi yağlandırıcı hissəciklərə malikdir. Üzünüzü qırxdığınızda bu nəmlik aşınır və ancaq saqqal olduğunda nəmlik pozulmadan qalır.Saqqal saxlamağın bioloji faydaları

4) Boğaz xəstəliklərinin qarşısını alır. Yoğun üz tükü allergiyalara ve havadaki bakteriyalara qarşı maneyə törədir və onların ağzınızdan, dolayısıyla boğazınızdan uzaq durmalarına kömək edə bilir. Hətta Dr. Addison P. Datçer saqqalın bir sıra boğaz və ağciyər xəstəliklərilə mübarizədə faydalı olduğunu. Bildirir və deyir: “Saqqalın və burun dəliklərində böyüyən tüklərin bu zərərli hissəciklərin işğalından ağciyərləri qorumaq üçün dizayn olunduğu mövzusunda ən az dərəcədə belə şübhə edilə bilməz”.

5) Astma xəstəliyinə qarşı effektivdir. Sizin astma xəstəliyiniz polen dənəcikəri və ya toz tərəfindən qıcıqlanır və fəaliyyətə başlayırsa, saqqal sizə bir növ qoruyucu rolunu oynayar. Burun boşluğunuzun ətrafında olan bığınız buruna gedən və ağciyərlər tərəfindən tənəffüs edilən allergenləri dayandırır. Saqqalınız isə bədəninizlə bu toksinlər arasında əlavə bir maneə rolunu oynayır.

6) Bakteriya və sızanaqlara qarşı maneədir. Təraş səbəbilə dəri bakteriyalara qarşı daha çox müdafiəsiz qalır ki, bu da dəridə sızanaq və digər baktereoloji xəstəliklərin yaranmasına gətirib çıxarır.

7) Özünəinamı artırır. Araşdırmalar göstərir ki, saqqal kişilərin özlərini daha güclü, və  daha inamlı hiss etməsinə kömək edir. Bəzən isə saqqal insanı zəhmli göstərir ki, bu da istər ailədə və istər cəmiyyətdə kişilərin lider mövqe sərgiləməsinə stimul verir.

Allah`ın bəxş etdiyi nizamla yaşamaq Sizə həm dünyəvi cəhətdən bir çox fayda verər, həm də Onun rızasını qazandırar. Bu müvəffəqiyyətə siz də nail ola bilərsiniz!!

Qaynaqlar

http://www.gyanunlimited.com  22 Amazing Health Benefits of Namaz (Salat): Namaz-e-Tawbah November 3, 2014  

http://www.gyanunlimited.com/health/22-amazing-health-benefits-of-namaz-salat-namaz-e-tawbah/9161/

Dr. Addison P. Dutcher, “Pulmonary Tuberculosis: Its Pathology, Nature, Symptoms, Diagnosis, Prognosis, Causes, Hygiene, and Medical Treatment”,

NIKITA MUKHERJEE  MAR 2, 2016 8 Proven (And Surprising) Health Benefits Of Having A Beard 

Sakalın Bilimsel Olarak Kanıtlanmış 5 Faydası https://onedio.com/haber/sakalin-bilimsel-olarak-kanitlanmis-ilginc-faydalari-375966

Sakalın Bilimsel Olarak Kanıtlanmış 5 Faydası http://n99.org/sakal-faydalari/

Lifehack.org “It's Not Just Cooler, But Also Healthier: 10 Reasons Why Men Should Grow Beards”

 

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.