Narın bilmədiyiniz faydaları

       Narın tərkibində zəngin kalium, fosfor, kalsium,natrium, dəmir kimi minerallar və A, B1, B2, B3, C vitaminlər vardır. Tərkibindəki kalium və natrium (biri hüceyrənin içində, biri çölündə) bədənimizin su balansını qoruyar, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradar.

     Nar yeyən insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə bağlı problem olmaz.

     Tərkibindəki zəngin kalium hesabına bədənə yığılmış artıq maye (ödemlər) xaric olunur. Nar ürək qan-damar sistemini qüvvətləndirir.

     İbni Sina demişdir: Əgər böyrəklərinizdə iltihab və yaralar (piolenefrit, nefrit) varsa, şirin nardan bol-bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi gözə çəkin.

      Diş əti qanamalarında, ağız yaralarında, anginalarda, ağızdan iy gəlmələrdə nar qabığını və ya nar çiçəyini 5 dəqiqə suda qaynadın qarqara edin.

Əgər babasil düyünləri ağrı verirsə və tez tez qanayırsa, nar şirəsini qaynadaraq yarısını buxarlandırın yarısı qalanda bir o qədər alma sirkəsi əlavə edib daha 5 dəqiqə qaynadın və bunu babasil üzərinə kompress edin, tez bir zamanda babasil keçəcəkdir İnşaAllah.

Keçəlliyin müalicəsində zeytun yağının içinə nar dənələri töküb qaynadın, süzün, gündə 3 dəfə keçəl nahiyyələrə sürtün.

       Həzrəti Əli (Allah ondan razı olsun) buyurmuşdur: narı içindəki pərdəsi ilə birlikdə yeyin, çünki o mədəni təmizləyər (saflaşdırar). Həqiqətən nar mədənin divarlarını içdən təmizləyər və əzələsini inkişaf etdirər.

 Nar ürək əzələsinin vurma gücünü artırır, ishalın qarşısını alır, qurdqovucudur.

Nar şirəsini buruna tökən zaman burundakı poliplər kiçilməyə başlayır.

Öskürək zamanı şirin nar bol yeyin, şirin nar öskürəyi kəsər, ağciyərləri təmizləyər.

     Turş nar isə ürəkbulanmanı götürər, sidikqovucu təsir edər, mədə və qida borusundan qaynaqlanan ağızdan gələn iylərin qarşısını alar.

Öd durğunluğu zamanı turş nar yemək faydalıdır.

     1 ədəd orta ölçülü narın şirəsini çəkin, bir o qədər bal ilə qarışdırıb 5 dəqiqə qaynadın, alınan qarışımı göz sarılığı zamanı sürmə kimi gözünüzə çəkin, sağalmaz ağız və damaq yaralarında üstünə çəkin. Bu qarışımı dırnaq dibinin iltihabı zamanı şişmiş yerin üzərinə çəkəndə iltihab sorulur.

     Nar yüksək xolesterini aşağı salır, damarların içini təmizləyir, beyin qan-dövranını yaxşılaşdırır, yaddaşı və hafizəni gücləndirir, qanı durulaşdırır, tez-tez ürək döyüntülərini normallaşdırır.

     Nar qabığını suda 5 dəqiqə qaynadın, bir az bal əlavə edib bağırsaqdakı yaraları (koliti) müalicə edə bilərsiniz və bu qarışım çox güclü ishalkəsicidir.

     Şirin nar qabığını qurudun, kofemolkoda üyüdüb toz halına salın, sulu yaralar zamanı yaranın üzərinə tökən zaman yaralar həm sulanmır, həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb yaraların üzərinə vura bilərsiniz.

    Saç saqqal ağarmasının qarşısını almaq üçün 1 xörək qaşığı turş nar qabığı tozu, 1 çay qaşığı mixək tozu, 100 qram rafinə olmamış zeytun yağına qarışdırıb gündə 1 dəfə başınıza və saqqalınıza vurun, 3 saatdan sonra yuyun.

      Nar suyu ilə sirkəni qarışdırıb qaynadın, bununla sızanaqları müalicə edə bilərsiniz. 200 qram arpanın üzərinə 100 qram su, 200 qram nar şirəsi töküb vam odun üzərində 10 dəqiqə qaynadın, sonra süzün, mədə yaraları zamanı yeməkdən əvvəl 2 xörək qaşığı için, bunu soyuducuda 3 gün saxlaya bilərsiniz.

      Çalışın narın şirəsini yox özünü yeyin, çünki nar şirəsi çox büzüşdürücü xassəyə malik olduğundan qəbizlik verə bilər, özünü yeyən zaman isə tumları qəbizliyin qarşısını alır. Turş nar şəkər xəstələrinin istifadə edə biləcəyi ən yaxşı meyvədir.

          Bizə verdiyi nemətlərə görə Rəbbimizə həmd olsun. Görəsən, bir meyvə öz-özlüyündə bu qədər xeyir və faydanı necə cəmləşdirib? Hər əsərin bir rəssamı/memarı olduğu kimi Nar meyvəsi də öz quruluşu və zəngin tibbi faydaları ilə birgə bir Memardan-Yaradıcıdan xəbər verir. O Yaradıcı ki, ən üstün varlıq olaraq yaratdığı insan üçün bütün Yer üzünü və onun içindəkiləri var etmiş və onlarda insan üçün yüzlərlə fayda və xeyir toplamışdır. Bu nemətlərin dəyərini anladıqca bizə düşən Allaha sonsuz şükrümüzü bildirmək, Onun Ucalığını anlayıb, Ona layiq bəndələrdən olmağa çalışmaqdır.  

Bu gözəl nemətlərinə görə Allaha layiqincə şükr edə bilmək ümidiylə… 

https://telegram.me/saglam_yasa

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.