Əqidə sözünün mənası

Dilimizdə bu söz daha çox akt mənasında istifadə edilir, ticarət və ya nikah sənədlərinə alış-veriş aktı və nikah aktı deyilməsini buna misal verə bilərik.

Əqidə, ona inanan şəxsin nəzərində heç bir şüphəyə  yer qoymayan bir hökmdür. Qısa olaraq əqidə haqq və ya batil olsun,insanın qəlbən qəbul edib və tam olaraq inandığı hər bir şeydir. Dini mənada  əqidə, şərii əməllərin xaricində qalan etiqad məslələri ilə bağlı mövzulardan bəhs edər. Allah`ın varlığına və peyğəmbərlər göndərildiyinə etiqad etmək kimi mövzular dini kitablarda əqidə mövzuları içərisində verilməkdədir.

Termin olaraq əqidə, qəlbin qəbul edib, könül xoşluğu ilə  təsdiq etdiyi məsələlərdir. Belə bir şəkildə qəbul edilən məsələlər nəticəsində heç bir şübhə və tərəddüdə yer qalmayan tam və sağlam bir inanc hasil olar. Yəni əqidə, ona inanan şəxsin nəzdində,içində heç bir şübhənin və zənnin olmadığı tam bir inanc deməkdir. Tam bir şəkildə inanılan məsələlərin əqidə adlanmasının səbəbi isə,insanın qəlbinin onlara qəti bir şəkildə bağlanmasıdır.

İslam əqidəsi isə Allah təalanın rububiyyətinə, uluhəyyətinə, adlarına və sifətlərinə, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, xeyri və şərri ilə qədərə, doğru və səhih dəlillərlə bizə gələn digər qeyb mövzularına, dinin təməl əsaslarına, saleh sələfin üzərində icma etdiyi xüsuslara qəti olaraq iman etmək və əmir,höküm, itaət və Muhamməd Peyğəmbər salləllahu əleyhi və səlləmə tabe olmaq mövzusunda Allaha tam bir təslimiyyət göstərməkdir.

Bu bölümdə Allah`ın izni ilə İslam əqidəsi ilə əlaqədər mövzulara işıq salmağa çalışacayıq. Mövzularımız əsasən əqidənin təməl əsasları və müasir məsələlər ətrafında olacaqdır. Müvəffəqiyyət Allah`dandır!

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar