Skip to main content


Xəvaric firqəsi

1-Allah təala buyurur: “Mənim ayələrimi ucuz qiymətə satmayın. Allah`ın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (Maidə 44)

 “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!” (Nisa 93)

2- Böyük günahları edənlərin fasiq olduğu ittifaqnan bilinir və aşağıdakı ayədə bildirildiyi kimi fasiq kafirdir:

 “Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allah`ın itaətindən çıxmış) əsl fasiqlərdir!” (Nur 55)

3-Allah tövbə etməyən fasiqə əzab verəcəkdir, əzab isə bu ayələrdən də bilindiyi kimi ancaq kafirlərə veriləcəkdir.

 “Bizə vəhy olundu ki, (Allah`ın vəhdaniyyətini və ayələrini, qiyaməti və peyğəmbərləri) yalan hesab edənləri və (haqdan) üz döndərənləri (axirətdə) əzab gözləyir!” (Taha 48)

 “Ora ancaq azğın (kafir) daxil olar. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!” (Leyl 15,16)

 “Elm verilmiş kimsələr (peyğəmbərlər və möminlər) isə: “Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) düçar olacaqlar!” - deyəcəklər.” (Nahl 27)

Xaricilərə qisa olaraq belə cavab verilmişdir:

Böyük günah edənin kafir olmadığını ifadə edən bir çox şərii mətnlər vardır. Belə ki, bu mövzuda ümmət icma etmişdir. Sizlər ümmətin icmasına müxalifət edib, bir qism mətinlərin zahirinə istinad edərək həddi aşdınız. Şərii mətnlərin yalnız bir qismi ilə deyil bütünü ilə əməl etmək lazımdır. Böyük günah edənin küfrə düşməyəcəyi ilə əlaqədar dəlillər irəlidə qeyd ediləcəkdir.