Allah`ın ad və sifətlərini tanımaq - I hissə

Şübhəsiz Uca Allah göyləri və yerləri yaratdığını və vəhyin bunların arasına endiyini bildirir ki, qulları Onun hər şeyi bildiyini və hər şeyə qadir olduğunu bilsinlər. Bax bu, qəsd edilən yaradılış qayəsidir.

Uca Allah belə buyurur: “Bil ki, Allah`dan başqa ibadətə layiq olan heç bir məbud yoxdur”. (Muhəmməd 19) Əslində quldan tələb olunan şey, Allah`ın vəhdəniyyətini və Ondan başqa məbud olmadığını bilməsidir. Amma bunları bilməklə kifayətlənmək olmaz. Belə ki, bununla birlikdə heç bir şəriki olmayan Allah`a ibadət etmək lazımdır.

Əlbəttə ki, Özündən başqa məbud olmayan, aləmlərin Rəbb`i, göylərin və yerin Qəyyum`u, açıq bir şəkildə Məlik və Haqq olan, bütün kamil sifətlərlə vəsiflənmiş, bütün ayıblardan və nöqsanlardan uzaq olan Allah mövzusunun ən böyük, ən uca və ən ülvi mövzu olmasında heçbir sübhə yoxdur. Bu mövzunun da dəlilləri yalnız Quran`dan və sünnətdən olmalıdır. Çünki sifətləri haqqında bütün dəlillərin təməl qaynağı Allah`ın Özüdür.

Rəbb`in sifətlərinə iman edincəyə qədər elmdə dərəcələrə sahib olmaq qula fayda vərməz. Yəni imanda irəli gedə bilməz. Sifətləri sadəcə olaraq bilmək qulu bu mövzuda cahil olmaqdan qoruyar. Lakin sifətlərə iman etmək və onları araşdırmaq İslamın əsası, imanın qaydası və ehsan ağacının mevyəsidir. Kim Allah`ın sifətlərini inkar edərsə qurtuluş əhlindən olmaqdan uzaqlaşaraq İslam`ın əsasını, imanı və ehsan ağacının meyvəsini kökündən dağıtmışdır.

Şübhəsiz ki, nöqsanlardan uzaq olan Allah, sifətlərini inkar edən kimsəni pis zənn sahibi və şirk əhlindən, küfür əhlindən və böyük günah işləyənlərdən saydı. Beləsini heç kimi təhdid etmədiyi kimi təhdid etdi. Allah təla buyurmuşdur: “Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbb`iniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.” (Fussilət 22-23) Allah sifətlərindən bu sifəti inkar etmələrinin pis zənn olduğunu və onları həlak edəcəyini bildirdi.

Allah, Özü haqqında pis zənn, fikir sahibləri barədə belə buyurur: ...Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allah`ın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir.” (Fəth 6) Allah haqqında pis zənndə olanlardan başqa heç kimsə haqda bu təhdidin misli kimi bir təhdid gəlməmişdir.

Allah`a ən sevimli olan şey isimləriylə, sifətləriylə və feilləriylə tərif edilməsi və dua edilməsidir. “Ən gözəl adlar Allah`ındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.” (Əraf 180)

Allah`ın isimləri və sifətləri haqqında silsilə məqaləmizin 1-ci hissəsini şair Nizami Gəncəvinin yazdığı bir bəndlə bitiririk:

Ey bütün varlığın həyat təməli,

Yetməz dərgahına bir insan əli.

Sənin tərifindir "təbarəkallah"

Alqış Cəlalına, feyzinə, Allah!

Sonsuz Həmd Aləmlərin Rəbb`i olan Allah`a məxsusdur.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.