Skip to main content


Allah`ın ad və sifətlərini tanımaq - III hissə

“(Allah) möminlərə qarşı rəhmlidir.” (Əhzab 43)

Əbu Hüreyrənin rəvayət etdiyi qüdsi bir hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm Allah təalanın belə buyurduğunu nəql edir: “Mən, namazı qulumla aramızda böldüm. Qul, “Aləmlərin Rəbb`i  olan Allah`a həmd olsun” deyərkən Mən, “Qulum Mənə həmd etdi” deyərəm. Qul “Rəhman və Rəhimə” deyərkən Mən “Qulum Məni təriflədi” deyərəm.....” (Müslim 395)

Rəhman və Rəhim adları eyni kökdən törəmiş sözlərdir. Hər ikisi mübaliğə ifadə edər. Lakin Rəhmanın ifadə etdiyi mübaliğə, Rəhimin ifadə etdiyi mübaliğədən daha çoxdur. Rəhman daha çox ümumi, Rəhim isə xüsusi məna ifadə edir.

Rəhman və Rəhim isimləri, Allah təalanın böyük və geniş mərhəmətə sahib olduğunu göstərir. Belə ki, Onun mərhəməti hər şeyi əhatə etmiş və bütün canlıları ehtiva etmişdir. Allah, bu qədər geniş mərhəmətini axirətdə yalnızca peyğəmbərlərin yolu ilə gedən və Özündən qorxan təqva sahibləri üçün yazmışdır. Allah`ın mütləq mərhəmətinə layiq olanlar bunlardır. Bundan başqa olanlar isə Allah`ın mərhəmətindən sadəcə bir pay alanlardır. (Təysiru`l-Kərimi`r-Rəhman 1/14)

Allah təala buyurur: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu (Allah`dan) qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.” (Əraf 156)

Xattabi demişdir: “Rəhman, ümumi olaraq mərhəmət sahibi deməkdir. Bu, bütün varlıqların ruzilərini, mənfəətlərini və ehtiyaclarını əhatə edən bir mərhəmətdir. İman edən və ya etməyən, yaxşı və ya pis hər kəs üçün keçərlidir. Rəhim isə yalnız iman edənlərə xas mərhəməti ifadə edir. Allah təala buyurur: “(Allah) möminlərə qarşı Rəhmlidir.” (Əhzab 43)”

İbn Abbas, Rəhman isminin sadəcə Allah`a məxsus olduğunu və Ondan başqa kimsənin bu ad ilə adlandırılmasının caiz olmadığını söyləyir. (Beyhaqi 50-52) “Heç Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi?” (Məryəm 65) Alimlərin çoxu bu görüşü dəstəkləyir.

“Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Rəhmandan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (Zuxruf 45) Bu ayə, yalnız Rəhmanın ibadət edilməyə layiq olduğundan xəbər verir. Rəhmanın Allah`ın ən böyük adlarından (ismi-azam) olduğu deyilmişdir. (Qurtubi 1/62)

İbn Qayyim, “Muhtasaru`s-Savaiqi`l-Mursələ” adlı əsərində belə deyir: “Uca Allah yüz parça mərhəmət yaratmışdır. Hər mərhəmətin arası yerlə göy arası qədərdir. Bu mərhəmətlərdən ancaq birini yer üzərinə endirmişdir. Məhz bu bir parça mərhəmətlə bütün insanlar və digər canlılar bir-birlərinə mərhəmət edir. Anaların uşaqlarına mərhəməti, quşların, vəhşi heyvanların və digər canlıların balalarına mərhəmət etməsi bu bir parça mərhəmətin təcəllisidir. Dünya nizamının sabit qalması və varlıqların varlıqlarını davam etdirməsi bu mərhəmətlə olur.

Varlıqlar üçün təyin edilmiş vaxt gəldiyində Allah təala, yer üzünə endirdiyi bu bir parça mərhəmətini təkrar Öz qatına qaldıracaq, beləliklə də hamilə olan canlılar qarındakılarını atacaq, analar da süd verdikləri uşaqları kənara tullayacaqdır. Allah, yer üzünə endirdiyi, sonra da qaldırdığı mərhəmətini Öz qatındakı doxsan doqquz mərhəmətə əlavə edərək, yenidən mərhəmətini yüzə tamamlayacaq. Bu geniş mərhəməti ilə Allah, Onu birləyənlərə, peyğəmbərlərini təsdiq edənlərə və onların yolu ilə gedib Allah`a itaət edənlərə mərhəmət edəcəkdir.”

Bu isimləri bilməyin faydaları:

Özünə acıyıb, cəhənnəm odundan qurtulmağa və cənnəti qazanmağa calışmağındır. Bunu ancaq Allah`ın əmr və qadağalarına tabe olaraq, hüdudlarını qoruyaraq, bəyənəcəyi əməlləri edərək və sevmədiyi əməllərdən uzaq duraraq edə bilərsən. Özün də rəhmət sifəti ilə sifətlənməlisən. Bununla da ehtiyacı olanlara, susuz və aclara yardım etməlisən.

Əgər ihsan sahibi kimsələrdən olmaq istəyirsənsə, Allah`ı görürmüş kimi Ona ibadət et. Bu səni Allah`ın mərhəmətinə yaxınlaşdıracaqdır. (Qurtubi 1/92-93)

Sonda unutma ki, “Allah`ın Rəhman sifətindən payını ala bilməyən kimsə, Rəhim sifətindən də faydalana bilməyəcəkdir.” (Feyzullah Birışık)