Qiyamət günü və ölümdən sonraki həyat

        Beləcə, Həzrəti Adəm yer uzərində öz həyatını yaşamağa başladı və onun övladları oldu. Habil və Qabil onun oğlan övladları idi. Onlar boyudukdən sonra Həzrəti Adəm onlara aralarında olan ixtilafa gorə, Allaha qurban kəsməyi əmr etdi. Allah Habilin qurbanın qəbul etdi və Qabildən qəbul etmədi.

        Bu zaman insanın duşməni olan şeytan bundan istifadə etdi. O, Qabilə yaxınlaşaraq onu aldatmağa, onda qardaşına qarşı kin yaratmağa başladı. Qabil şeytana aldandı. Habilə qarşı kin saxlayaraq onu öldürdü. Beləcə, yer uzərində ilk insan qanı töküldü. Bu zaman Qabil qardaşı Habilin ölmüş cəsədi ilə necə davranacağını bilmədi. Uca Allah insana ölü ilə necə davranmağı oyrətmək üçün iki qarğa gondərdi. Beləcə qarğalardan biri digərini oldurərək onu basdırdı. Qabil də ölünü basdırmağı oyrəndi və qardaşını dəfn etdi.

Bu hadisə Qurani-Kərimdə belə təsvir olunur: “(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi soylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) de mişdi: “Səni mutləq oldurəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız muttəqilərdən (qurban) qəbul edər! Sən məni oldurməkdən otru mənə əl qaldırsanda, mən səni oldurmək ucun sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Mən istəyirəm ki, sən (məni oldurməklə) mənim də gunahımı oz gunahınla birlikdə ustunə goturəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!”

           Nəfsi onu (Qabili) qardaşını oldurməyə sovq etdi, onu (Habili) oldurdu və bununla da zərərcəkənlərdən oldu. Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona gostərmək ucun yer eşən bir qarğa gondərdi. (Qabil) dedi: “Vay halıma! (Gor nə gunə qalmışam!) Bu qarğa qədər

olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.”[1]

           Allah insanın yenidən Cənnətə donməsi üçün onu yer uzərinə gondərdi. Kim Allahın əmrlərinə tabe olsa o kəs insanın ilk məskəni olan Cənnətə, kim də insanın Cənnətdən çıxmasına səbəb olan, onun duşməni olan şeytana tabe olsa şeytanla birgə Cəhənnəmə gedəcək. Uca Allah

buyurur: “Hər bir kəs olumu dadacaqdır.”[2]

         Beləcə, hər bir kəs oldukdən sonra qiyamət günü yenidən dirildiləcəkdir. Həmin gün Allahın əmri ilə yer, göy, dağlar, dənizlər, digər planetlər məhv olacaq və yenisi ilə əvəz olacaq. O günün nə zaman olacağını Allahdan başqa kimsə bilməz. O zamana qədər isə insanlar qəbr həyatı yaşayacaq. Əgər insan yaxşı bir musəlman olaraq olsə, onun qəbri Cənnətdən bir bağça olacaq, pis insan olaraq olsə isə qəbri Cəhənnəmdən bir çuxur olacaq.

          Qiyamət günü Allah İsrafilə əmr edəcək ki Suru (alət) çalsın. İsrafil Suru çaldığında bütün insanlar öz qəbrlərindən çıxaraq məhşər yerinə toplaşacaqlar. Bütün insanlar etdikləri hər bir əmələ gorə Allaha hesab verəcəkdir. Allah (subhənəhu va təalə) insanlara əməllərinə gorə cəza və mükafat verəcəkdir. Yaxşı bir musəlman olmuş, günahlardan qaçmış, Allahın əmrlərinə tabe olaraq yaşamış kəslər Allahın rəhməti ilə Cənnətə yollanacaqlar. Allaha şərik qoşmuş, insanlara pislik etmiş, yaxşı əməllər etməmiş kəslər isə Cəhənnəmə yollanacaqlar.

      Cənnət – elə bir məkandır ki, orada bizim istədiyimiz hər şey vardır. Uca Allah daima ona ibadət edən, şərik qoşmayan, yaxşı əməllər edən insanlara orada istədikləri hər şeyi hazır etmişdir. Altından çaylar axan saraylar, gozəl meyvələr vardır. İnsan bir şeyi istəyən kimi o anda yanında hazır olacaqdır. Mominlər bir- birini ziyarət edəcək. Əxlaqca ən gozəl olanlarımız isə Məhəmməd peyğəmbərə (sallallahu aleyhi va səlləm) daha yaxın olacaqdır. Onun sunnəsinə tabe olanlar peyğəmbərimizə (sallallahu aleyhi va səlləm) verilmiş hovuzdan su icəcəklər. O elə bir sudur ki, onu icən heç zaman susamayacaq. O suyun mənbəyi Cənnətdə olan Kovsər adlı çaydır. Orada bir bazar vardır ki, mominlər oradan istədiklərini qarşılıqsız alacaqlar. Qiyamət günü mominlər üçün ən böyük mükafat isə öz Rəblərini gormələri olacaqdır. Rəbbimizdən Onun Cənnətini istəyirik.

      Cəhənnəm – elə bir yerdir ki, pis insanların məkanıdır. Hansılar ki, dünya həyatında Allaha şərik qoşaraq yaşadılar. Ona ibadət etməyərək digər batil məbudlara ibadət etdilər. İnsanlara pislik etdilər. Digər insanların haqlarını tapdadılar. Oğurluq, yalan və digər pis əməllərlə məşğul oldular. Ora elə bir məkandır ki, orada yalnız əzab vardır. Yeməkləri irin, ən acı zəqqum olacaqdır. Elə bir su icəcəklər ki boğazlarını yandıracaqdır. Cəhənnəm odunun şiddəti bu dünyada olan oddan 70 dəfə daha şiddətlidir. Bu od orada olanları yandırıb yaxar və onlar etdikləri pis əməllərdən dolayı peşman olarlar. Ancaq bu peşmançılıq heç bir fayda verməyəcəkdir. Çünki, onlar dünya həyatında ikən bunun haqqında duşunməli idilər. Cəhənnəm əzabından Allaha sığınırıq.

       Ölümdən sonrakı həyat bizim yaşayacağımız əbədi həyatdır. Biz orada heç zaman ölüm gorməyəcəyik. Cənnətdəkilər əbədi olaraq xoşbəxtlik və səadət icərisində yaşayacaqlar. Cəhənnəmdəkilər isə əzab icərisində qalacaqlar.

       Ona gorə də biz hər zaman etdiyimiz əməllərə diqqət etməliyik. Çünki, bu əməllərimizi Allah hesaba cəkəcək və bizim əbədi həyatımız bu əməllərdən asılı olacaqdır. Əgər biz Allaha ibadət edərək Ona heç bir şeyi şərik qoşmasaq, valideynlərimizə qayğı gostərsək, onların sozlərindən

çıxmasaq, qohumlarımıza, qonşularımıza yaxşılıq etsək, ozumuzdən boyuklərə hormət etsək Uca və Mərhəmətli Allah da bizi Cənnətlik edər. Ona gorə də biz hər zaman Allahın əmrlərinə tabe olmalı, qadağalarından cəkinməliyik. Hər zaman bu duanı etməyi unutmayaq:

           Ey Rəbbimiz! Bizə həm bu dunyada, həm də axirətdə gozəl nemətlər ver və bizi Odun əzabından qoru![3]

 

 

 

Qaynaqlar

 

[1] Maidə surəsi 27, 31

[2] Ali İmran 185

[3] Bəqərə 201

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.