Rəcəb və Şaban aylarında oruc tutmaq

Peyğəmbərimiz salləllahu əleyhi və səlləm Şaban ayında çoxlu oruc tutardı və bu da Aişə radiyalahu anhədən rəvayət olunan hədis ilə sabitdir. Ancaq bu ayların müəyyən günlərində oruc tutmaq haqqında gələn hədislər uydurmadır.

Bu haqda Hafiz İbn Həcər belə demişdir: “Rəcəb ayının bütün günlərinin və yaxud bir hissəsinin fəziləti və ya bəzi gecələrində namaz qılmaq haqqında heç bir səhih hədis yoxdur ki, biz onu sizə dəlil olaraq gətirək”.

Həmçinin böyük İslam alimi İbn Qayyim bu haqda belə demişdir: “Rəcəb ayında tutulan oruclar və bəzi gecələri xüsusiləşdirən namazlar barəsində hədislər yalan və uydurmadır”. ( əl-Mənar əl-Munif səh. 96)

Mövzu ilə bağlı Şeyxu`l-İslam İbn Teymiyyə “Məcmuu`l-Fətava” kitabında demişdir: “Rəcəb ayında tutulan oruclar haqqında rəvayət edilən hədislər təkcə zəif deyil həmdə uydurmadır. Alimlər onların heç birinə əsaslanmırlar. Bu hədislər zəif hədislər sırasına belə daxil ola bilməz, çünki bunlar uydurma və yalandır. Peyğəmbər salləllahu əleyhi və səlləm bizə dörd haram ayda oruc tutmağı tövsiyyə edib və onların arasında Rəcəb ayı yoxdur”. (Məcmuu`l-Fətava 25/290)

Yuxarıdakı dəlillərdən də anladığımız kimi Rəcəb ayının müəyyən günlərində oruc tutmaq və ya gecələrini ihya etmək haqqındakı hədislər uydurmadır, ancaq bu ayda digər hicri aylarında olduğu kimi on üç, on dörd və on beşinci günlərini, bazar ertəsi və cümə axşamı günlərini oruc tutmaq sünnətdir. Şaban ayına gəldikdə isə bu ayın çoxhissəsini Allah Rəsulu salləllahu əleyhi və səlləm oruclu olardı. Ancaq bu aylarda zikrləri, ibadətləri və Quran oxumaq kimi fəzilətli əməlləri artırmaq sünnətdir. Allah daha doğrusunu bilir.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar