Təharət kitabı

Suların növləri
Yeddi növ sudan təmizlikdə (dəstəmaz, qüsl və s.) istifadə etmək olar. Bunları a­şa­ğıdakı kimi sadalamaq olar;
1. Yağış suyu
2. Dəniz suyu
3. Çayların suyu
4. Quyu suyu
5. Bulaq suyu
6. Qar suyu
7. Dolu suyu
Bunu qısa şəkildə belə ifadə etmək mümkündür: Yerdən çıxan və göydən enən bütün sularla təmizlik etmək mümkündür. Bu yerdə məsələ haqqında Qurandan və sünnətdən bir neçə dəlil göstərmək yerinə düşərdi.
Allah təala buyurur:

وَيُنَزِّلُ عَلَيْكُمْ مِنَ السَّمَاءِ مَاءً لِيُطَهِّرَكُمْ بِهِ وَيُذْهِبَ عَنْكُمْ رِجْزَ الشَّيْطَانِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ الْأَقْدَامَ

(Allah) sizi təmizləmək, Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (imanla) doldurmaq və qədəmlərinizi sabit etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.  (Ənfal 11)
Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Dənizin suyu təmiz, ölüsü (orada ölən dəniz heyvanları) isə halaldır.” Hədisi “Sünən” sahibləri rəvayət etmişlər. Tirmizi hədisin “həsən səhih” olduğunu demişdir. 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.