Skip to main content


Namazın sünnətləri - 1

Buxari (602) və Müslim (674) Malik ibnu`l-Huveyrisdən Peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyini rəvayət etmişlər: “Namazın naxtı girdiyi zaman (içinizdən) biriniz sizin üçün azan versin. (İçinizdən) böyük olanınız sizə imamlıq etsin”.

Əbu Davudun (499) Abdullah ibn Zeyddən rəvayət etdiyi hədisdə isə belə deyilir:   “Namaza durduğun zaman belə de: “Allahu əkbər, Allahu əkbər,...”

Hədis alimlərinin rəvayət etdikləri başqa hədislər azan və iqamənin vacib olmadığını göstərir.

Azanın oxunuş şəkli belədir:

“Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, Əşhədu ən lə iləhə illəllah, Əşhədu ən lə iləhə illəllah, Əşhədu ənnə Muhəmmədən rasulallah, Əşhədu ənnə Muhəmmədən rasulallah, Həyyə alə`s-salə, Həyyə alə`s-salə, Həyyə alə`l-fələh, Həyyə alə`l-fələh, Allahu əkbər, Allahu əkbər, Lə iləhə illəllah.”

Sabah namazının azanında isə iki dəfə “Həyyə alə`l-fələh” dedikdən sonra iki dəfə “əs-Salətu xayrum minənnəvm” deyilir.

İqamənin oxunuş şəkli isə belədir:

“Allahu əkbər, Allahu əkbər, Əşhədu ən lə iləhə illəllah, Əşhədu ənnə Muhəmmədən rasulallah, Həyyə alə`s-salə, Həyyə alə`l-fələh, Qad qaməti`s-salə, Qad qaməti`s-salə, Allahu əkbər, Allahu əkbər, Lə iləhə illəllah.”

Azanın və iqamənin oxunuş şəkli Buxari, Müslim və başqalarının rəvayət etdikləri səhih hədislərlə göstərilmişdir.

Azanı eşidən şəxsin onu təkrarlaması və azan bitdikdən sonra isə Peyğəmbər salləllahu əleyhi və səlləmə salavat gətirməsi və onun üçün dua etməsi sünnətdir.

Mülsim (384) və başqalarının rəvayət etdikləri hədisdə belə deyilir: “Abdullah ibn Amr  Peyğəmbər salləllahu əleyhi və səlləmi belə buyurarkən eşitmişdir: “Azan səsini eşitdiyiniz zamanı onun dediyi kimi deyin. Sonra isə mənə salavat gətirin. Çünki kim mənə bir dəfə salavat gətirərsə Allah ona on dəfə salavat gətirər. Daha sonra isə Allah`dan mənim üçün vəsilə diləyin. Heç şübhəsiz ki, vəsilə Cənnətdə bir məqamdır. O məqamda ancaq Allah qullarlından bir qul olacaqdır. Həmin qulun mən olmasını diləyirəm. Kimi mənim üçün Allah`dan vəsilə diləyərsə şəfaət ona nəsib olar”.

Buxari (589) və başqaları Cabir ibn Abdullahdan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişlər: “Kim azanı eşidər və “Allahummə Rabbə həzihi`d-dəvəti`t-əmmə və`s-salətil qaimə, əti Muhəmmədən əl-vəsilətə və`l-fadilə və`b-həs məqamən məhmudən əlləzi vəədtəh” deyərsə qiyamət günü mənim şəfaətimi qazanmış olar”.

Azanı eşidən şəxs onu təkrarladığı zamanı “Həyyə alə`s-salə” və “Həyyə alə`l-fələh” ifadələrindən sonra “Lə həvlə və lə quvvətə illə billəh” deyir.

Buxari (588), Müslim (385) və başqalarının rəvayət etdiklərinə görə “əs-Salətu xayrum minənnəvm” ifadəsindən sonra belə deyilir: “Sadəqtə və bərartə”. 

İqamə zamanı isə “Qad qaməti`s-salə” ifadəsindən sonra “Əqaməhəllahu və ədəməhə” demək sünətdir. (Əbu Davud: 528)