Skip to main content


Məshin müddəti

Məshin müddətinin başlanğıcı dəstəmaz alıb xovfları geyindikdən sonra birinci dəfə dəstəmazın pozulduğu vaxtdan sayılır.

Əgər şəxs muqim ikən məsh çəksə daha sonra səfərə çıxsa və ya səfərdə ikən məsh çəkib daha sonra muqim olsa o zaman muqimin məshi qədər vaxtı (24 saat) tamamlayar. (Yəni insan muqim ikən dəstəmaz alıb xovfları geyinsə, daha sonra dəstəmaz alıb məsh çəksə və səfərə çıxsa bu zaman onun məshinin müddəti bir sutka olacaq. Həmçinin səfərdə ikən dəstəmaz alıb xovfları geyinsə, daha sonra dəstəmaz alıb məsh çəksə və evinə yetişsə bu zaman onun da məshinin müddəti bir sutka olaacaq)