Ey müsəlman!- Kisənin yırtılmasından çəkin!

- Məscidlər boşdur,

- Allah`ın hökmləri faydasız (sanki lazımsız) olub,

- Zina halallaşıb,

- Evlənmək çətinləşib,

- Qadınlar kişilər üzərində ixtiyar sahibi olub,

- Müsəlmanların torpaqları zəbt olunub,

- Quran yağışın altında çətirsiz qalıb,

- Və qiyamətin böyük əlamətlərinin gəlişinə çox az qalıb.

Tövbə, yenə də tövbə! Yırtıq kisədən həzər edin! (çəkinin)

 

İmam kisənin yırtılmasını aşağıdakı hallarla əsaslandırır:

 

- Gözəl şəkildə dəstamaz alır amma suya israf edir. 

 

- Kasıblara müəyyən məbləğdə sədəqə verir amma sonra onları incidir və ya təhqir edir. (Və ya minnət vurur)

 

- Gecələri namaz qılıb, gündüzləri oruc tutur amma qohumluq əlaqələrini kəsir.

 

- Oruc tutur, onun aclığına və susuzluğuna səbr edir amma söyüş söyür, lənət edir.

 

- (Qadın) hicab geyib, paltarının üstünnən aba (enli paltar) geyib amma vurduğu ətirin iyi hər tərəfə yayılır.

 

- Qonağına səxavət göstərir ona yaxşılıqlar edir (ikram edir) amma qonağı çıxandan sonra qeybətini edir.

 

İmam xütbəsini belə yekunlaşdırır:  Savablarınızı yırtıq kisəy yığmayın! Siz o savabları bir tərəfdən çətinliklə (kisənizə) toplayırsınız, ama digər tərəfdən isə savablarınız çox asanlıqla (kisənizdən) tökülür.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar