Skip to main content


Günahların həyatımıza 10 mühüm təsiri

İnsan bəzən günah etdim, oldu keçdi deyə düşünür, lakin əslində günahların həyatımıza nə qədər mənfi təsirinin olduğunu bilirdinizmi? Yox? O zaman bu indi deyəcəklərimizə diqqət yetirin

      

     1. Günahlar bəndə ilə Rəbb`i arasında pərdə yaradır

  1. Allah Quranda buyurur: “Xeyr, şübhəsiz, onlar qiyamət günü Rəbb`inin mərhəmətindən məhrum gətiriləcəklər.” (Mutaffifin 15) Təsəvvür edin Qiyamət günüdür və Allahın rəhmətindən məhrum şəkildə Onun hüzuruna gedirsiz. Bundan daha böyük bir bəla ola bilərmi? 

  2. 2. Günahlar insanın Yaradandan uzaqlaşmasına səbəb olur

Adamın hərəkətləri pis olduğu zaman zənləri da pisləşər. İnsan günahları artırdıqca, ətrafı, yaxınları, hətta sonda Allah haqqında mənfi düşünməyə başlayır. Başına gələn hər çətinliyə görə Allahı günahlandırır. Digər tərəfdən günahlar Allaha qarşı edilmiş üsyandır. Üsyanlar çoxaldıqca təbii olaraq Allah da insandan uzaqlaşır, artıq dualarınıqəbul etmir. 

  1. Günahlar davamlı pessimizm və əldən düşmüşlüyə gətirib çıxarır

Uca Allah Quranda buyurur: “Qurmuş olduqları binaları, ürəkləri parça-parça olana (ölənə) qədər ürəklərində davamlı bir şübhə olaraq qalmağa davam edəcək. Allah, biləndir, hökm və hikmət sahibidir.” (Tövbə 110) İnsan günahları artırdıqca qəlbi qaralır, nəticədə düşüncələri də neqativləşir. Hər uğursuzluq onun ümidini daha çox itirməsinə gətirib çıxarır. 

  1. Günahlar ürəkdə qorxu və böhrana səbəb olur ;

“Şirk qoşmalarına görə inkar edənlərin ürəklərinə qorxu saxlayacağıq.” (Əli İmran 151) 

  1. Günahlar çətin həyata doğru aparır

Allah Təalə buyurur: “Hər kim də mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, mütləq ona dar bir dolanışıq vardır. Bir də onu qiyamət günündə kor olaraq həşr edərik.” (Taha 124) Bəzən varlı bir ateisti görüb düşünə bilərsiz ki, onun həyatının nəyi çətindir? Əslində varlıların da xəstəlik, ailə-məişət və s kimi bir çox sıxıntıları var ki, bu sıxıntıları qarşısında maddi gəlirləri gözlərinə görünmür. Lakin kasıb da olsa mömin Allahı zikr etməklər mənəvi rahatlığı əldə edir. 

  1. Günahlar ürəkdə qatılıq və qaranlıq yaranmasına vəsilədir

Allah Quranda buyurur: “Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!” (Maidə 13) Günah çox edən insanlara fikir versəniz, çox vaxt vecsiz bir xarakterləri olur, sanki mərhəmət hissləri ölüb. Onlara nəsihət edənləri lağa qoyur, özünü hər kəsdən üstün görür və öz qərarlarını düzgün hesab edirlər. Mənfi cəhətlərini görə bilməyən insan isə inkişaf edə bilmir.

  1. Günahlar üzdə qaralma və sərt üzlülüyə gətirib çıxarır

Allah Quranda buyurur: “Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (Qiyamət günü), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” - deyiləcəkdir.” (Əli İmran 106) Bəs siz Allahın hüzuruna bütün insanların qarşısına üzü qara şəkildə çıxmaq istərdinizmi?

  1. Günahlar xalq tərəfindən sevilməməyə səbəbdir

Ənəs ibn Malik radıyallahu anhu deyir: “Peyğəmbər salləllahu əleyhi və səlləm ilə bəzi səhabələr birlikdəykən onların yanından bir cənazə keçdi. Orada olan səhabələrdən bəziləri o cənazəni xeyirlə andılar. Bunun görən Peyğəmbər salləllahu əleyhi və səlləm “Dəqiqləşdi” deyə buyurdu. Sonra bir cənazə də keçdi. Orada olanlar onu da pisliklə andılar. Peyğəmbər salləllahu əleyhi və səlləm yenə “Dəqiqləşdi” dey buyurdu. Daha sonra Ömər ibn Xəttab radıyallahu anhu “Nə dəqiqləşdi Ey Allah`ın Rəsulu?” deyə soruşdu. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Bu əvvəl keçən cənazəni xeyirlə andınız. Bu səbəblə onun cənnətə girməsi dəqiqləşdi. Bu birini pisliklə andınız. Onun da cəhənnəmə girməsi dəqiqləşdi. Çünki siz, yer üzündə Allah`ın şahidlərisiniz.” (Buxari/Cənazə 86)

  1. Günahlar ruzi darlığına aparır

Uca Allah buyurur: “Əgər onlar Tövrata, İncilə və Rəbb`i tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların sonuncusu olan Qurana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) yeyərdilər.” (Maidə 66) Deməli, ruzi, bərəkət istəyiriksə Allahın əmrlərinə iatət etməliyik. Allah yaxın olduqca O da bizə rəhmət, bərəkət qapılarını açar inşəAllah. Əmin ola bilərsiniz.

  1. Günahlar Rəhman`ın qəzəbi, iman olmaması, müsibət və hüzünlərin ard-arda gəlməsinə vəsilədir

Allahu Təalə buyurur: “Allah`ın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Quranı) inkar etməklə vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı) Allah`ın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!” (Bəqərə 90)

“Xeyr xeyr, elə deyil. Əksinə onların qazandığı (günahlar) qəlblərinin üzərinə pas olmuşdur.” (Mutaffifin 14)

“Dedilər ki: Qəlblərimiz qapalıdır.” (Bəqərə 88)