Skip to main content


Subay şəxsin edəcəyi 11 şey

Subay şəxsin edəcəyi 11 şey

Evlənmək, dinimizdə əhəmiyyətli ibadətdir. Lakin, bu hər adamın həyatına, şəraitə və istəklərinə görə dəyişə bilər. Evliliyin uzanması halında – insanların diqqət etməsi lazım olan ən əhəmiyyətli xüsus harama düşməməkdir. Bunu asanlaşdırmaq üçün aşağıdakılar tövsiyə edilə bilər:

1- Ən başda oruc tutmaq tövsiyə edilir.

Abdullah ibn Məsud radiyallahu anhu belə buyurmuşdur: “Allah Rəsulu salləllahu

əleyhi və səlləm ilə birlikdə idik. “Kim evlənə bilirsə evlənsin. Çünki evlilik gözü haramdan daha yaxşı çevirir, namusu daha yaxşı qoruyur. Ancaq kim evlənə bilmirsə oruc tutsun. Çünki oruc şəhvəti kəsər” deyə uyurdu”. (Buxari/Oruc 928)

2- Cinsi duyğuları təhrik edəcək nəşrlərdən, film və videolardan, zina yerlərindən uzaq qalmaq lazımdır.

3- “Boş vaxt” anlayışı həyatdan çıxarılmalı, mütəmadi olaraq bir şeylə məşğul olmaq lazımdır. Quranda buyurulur: “O halda, (bir işi bitirib) boşaldınmı, (yenə başqa bir iş və ibadət üçün) qalx yorul”. (İnşirah 7)

4- Gözəl əxlaqlı yoldaş seçilməsi də çox əhəmiyyətlidir.

Çünki yoldaş, ətrafımızda bizə doğru bildiklərimizi yaşanmaz hala gətirən deyil, bizi xeyirə təşviq edən insanlardan ibarət olmalıdır. “O gün müttəqilərdən başqa, dost olanlar bir-birinə düşmən olarlar”. (Zuxruf 67)

5- Allah`a yaxınlaşdıracaq əsərlər oxunmalıdır. Eşq romanlarından, şəhvəti oyadacaq kitablardan uzaq dayanılmalıdır.

6- Şəhvəti oyadacaq qidalar seçilməməlidir.

7- Allah qorxusu diri tutulmalı, söhbət məclislərindən ayrı qalınmamalıdır. “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir toplum olsun!” (Əli İmran 104)

8- Yataq otağında tək başına qalmamaq. Otaqda başqa birinin varlığı fərqli düşüncələrə girilməsinə mane ola bilər. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Sizə camaatı tövsiyə edirəm. Ayrılıqdan çəkinin. Çünki şeytan, tək qalanla birlikdə olur. İki adamdan uzaq durur”. (İbn Məcə/Əhkam 27 (2363); Tirmizi/Fitən 7 (2166))

9- Məcbur olmadıqca qohum da olsa naməhrəmlə eyni mühiti paylaşmamaq. Çünki xəyallar çox tez bulana bilər. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Əsla bir kişi, yanında məhrəmi olmadan kənar bir qadınla tək qalmasın”. (Buxari/Nikah 111)

10- Xüsusilə yay aylarında dincəlmək istəsəniz imkan varsa sıxlıq olmayan məkanlar tapın, qeyri-etik, çimərlik kimi qadın-kişi qarışan tətil bölgələrindən uzaq dayanılmalıdır.

11- Əhəmiyyətli bir gerçək vardır ki, o da səbirdir.

Allah`ın köməyini diləyən və Onun dini üçün yaşayanlar ancaq səbir və dua ilə yol tapa bilərlər. Quranda buyrulur: “Səbir edənlərə, mükafatları hesabsız veriləcək. (Zümər 10) Səbir edərkən adam boş dayanmamalı, evliliyinə mane olaraq gördüyü vəziyyətləri aradan qaldırmaq üçün səy göstərməlidir.

suffagah.com