Həyatınıza təsir edəcək 20 nəsihət

2- Səbrinizi sınayan insanlar bir nemətdir. Onlar olmadan səbri təcrübə edə bilməzdik.

3- Sizin üçün heç bir şey etməyən insanlara olan davranışlarınız sizin əsl xarakterinizdir.

Həyatınıza təsir edəcək 20 nəsihət

4- Birini bağışlamaq yalnız başqasına edilən bir yaxşılıq deyil; eyni zamanda öz könlündəki yaranı da sağaltmaqdır.

5- Xanımlar yoldaşına yaxşı davranmaq məcburiyyətindədirlər. Yoldaşı üçün bəzənməlidirlər. Çöldə onsuz da kifayət qədər şeytan və fitnə var. Bəylər, xanımını tərifləməli və onlar haqda xoş sözlər deməlidirlər. Yalnız şikayət edə bilməzsiniz! Evdə bir az səy göstərmək lazımdır. Bu gün ümmətin işi budur, ailəyə dəyər verməkdir.

6- Təkəbbürlüyə qarşı sizə veriləcək çarə isə büyüklərinizə qarşı hörmətdir. Sizi nə qədər alçaltsalar da, nə qədər haqsız olsalar da böyüklərimiz xarakterimizin imtahanıdır. Bəzən Allah sizi dolanması çətin bir ailə ilə nemətləndirər. Bu Allah`ın sizə bir lütfüdür. Çünki başqa cür təvazökarlığı öyrənə bilməzdik.

Həyatınıza təsir edəcək 20 nəsihət

7- Əgər uşağınızın sizə bağırması üçün mühit hazırlasanız, deməli onun cəhənnəmdəki çuxurunu qazırsız.

8- Nəbəvi hikmətə görə təmizlik vəziyyətin (geyimin, evin, dolabın, avtomobilin, çantan, ofisin) ürəyinin vəziyyəti haqda çox şey deyir. “Təmizlik İmandandır” (Müslim)

9- Allah səni müsəlman olmaqla şərəfləndirdi! Elə isə, səndə Onun (dininin) xidmətinə layiq bir şeylər olmalıdır.

Həyatınıza təsir edəcək 20 nəsihət

10- Artıq gənclərin şikayətləri kənara qoymasının zamanı gəldi. Depressiyada olduqlarını, necə idarə edəcəklərini bilmədiklərini söyləməyi tərk etməlidirlər artıq. Sizlər Allah`ın bu nəsil üçün seçdiyi insanlarsınız. Allah iman bayrağını daşımağa ən uyğun insanları, ən uyğun nəsillər üçün seçir. Allah`ın seçdiyi insanlar sizlərsiniz. Bəhanələrin arxasında gizlənməyi tərk edin.

11 -Allah sənin ruh halına müdaxilə edər. Sənə yenidən dinclik verə bilər. Narahatlıq, qorxu, kədər, qəzəb, hansı duyğunu yaşamısansa, hansı duyğu səni pərişan edibsə, Allah o yaranı səndən tamamilə uzaqlaşdıra bilər. Yetər ki, Ona təvəkkül et. “Kim Allah`dan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər”. (Talaq 2)

12- İblis kəliməsi İblaas sözündən gəlir ki bu da ümidini itirmək deməkdir. Bu səbəbdən ümidini itirmək şeytanın bir obrazıdır. Şeytan, inananların kədərli olmasını istəyər. Kədərlənmək, şeytandan möminlərə qarşı edilən bir hücumdur.

Həyatınıza təsir edəcək 20 nəsihət

13- Allah davamlı yolda olmağını, davamlı məsafə qət etməni (Onun rızası üçün çalışmanı) istəyir. O, səndən mükəmməllik gözləmir. Səndən mükəmməllik gözləyən yalnız insanlardır.  “Xeyirli bir işdə yorul, boş qaldığında (başqa bir) xeyirli işə yönəl. Ancaq Rəbbinə üz tut.” (İnşirah 7-8)

14- Həyatın boyunca səhv etdinsə, hətta bu gün namaza gəlmədən əvvəl belə səhv etdinsə, Cəhənnəmə gedəcəyini düşünmə. Getməyəcəksən! Kim sənə cəhənnəmə gedəcəyini söylədi. Hələ yaşayırsan. Hələ tövbə etmə fürsətin var. Allah hələ nəfəs alamağına icazə verir. Bu deməkdir ki, Allah hələ özünə gəlməyini istəyir. “De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allah`ın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zumər 53)

15- Allah`ın bir əmri ilə qarşılaşınca “Allah`ım, mənim bunu edəcək gücüm yoxdur” şəklində reaksiya verən insanlar var. Əslində verməyiniz lazım olan reaksiya isə, “Allah`ım, mənə ehtiyacım olanı ver; beləcə onu edə bilim. Sənin köməyinlə, bunu bacararam” şəklində olmalıdır. “…İman gətirənlər birlikdə: “Allah`ın köməyi nə vaxt gələcək?” - demişdilər. Bilin ki, Allah`ın köməyi (sizə) yaxındır! (Bəqərə 214)

Həyatınıza təsir edəcək 20 nəsihət

16- Əgər erkən yatmağı və sonrasında da erkən qalxmağı vərdiş halına gətirə bilsək, həqiqətən səhər namazı vaxtında oxunan Quranın haqqını versək, sizə zəmanət verə bilərəm, öz həyatımda bunu yaşadım. Bir dəfə bunu vərdiş halına gətirdiyinizdə faydalarını görməyə dərhal başlayacaqsınız. Dərhal olmasa da gününüzün, bacardıqlarınızın dəyişdiyini görəcəksiniz.  Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Allah`ım, ümmətimin erkən qalxan və erkən işinə başlayanları üçün feyz və bərəkətini, nemət və rəhmətini bol et!”

17- Materializm probleminin gerçək həlli, Allah`ın kitabını anlamaqdır. Özünüz üçün Allah`ın kitabını anladıqca, artıq materializm ilə maraqlanmağı buraxacaqsınız. Materializm sizi qane etməz, boş buraxar. Quran isə sizə daha əvvəl hiss etmədiyiniz ləzzəti verməyə başlayacaq.

18- Allah özünə müəllim deyirsə kim şagird olmağı rədd edər ki? 70 yaşındasan? 7 yaşındasan? Heç Fərq etməz. İndi başla! “Allah`ım sən özünə müəllim dedin; mən də Rəhman`ın şagirdi olmaq istəyirəm” deyin.

Həyatınıza təsir edəcək 20 nəsihət

19- Sıra Qurana gəlincə tənbəl olmayaq. Quran ilə passiv bir əlaqəmiz olmasına icazə verməyək ki, bu sayədə hər namaz həyat tapsın. Namazın xaricində da əlimizdən gələnin ən yaxşısıyla onun dilini və mənasını anlamağa çalışaq. Söz verirəm; Allah sizə qapılarını açacaq. “…Allah`ın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbb`inə təvəkkül edər”. (Ənfal 2)

20- Quran tələbələri, Quran əzbərləməlidir. Gündə bir ayə ya da həftədə bir surə ola bilər bu. Amma əgər heç bir şey əzbərləmirsənsə, Quran-i Kərim tələbəsi ola bilməzsən. Mən şəxsən Quran əzbərləməyə başlamazdan əvvəl həyatımda bir boşluq hiss edirdim.

Bu məqalə Numan Əli Xanın nəsihətləri əsasında hazırlanmışdır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar