Skip to main content


Ramazanda necə qidalanmalı?

İmsakda necə qidalanaq lazımdır?


Birincisi nəzərə almaq lazımdır ki, bu vaxtdakı oruc yəni yay orucu həm müddəti uzun, həm də isti hava ilə müşayiət olunur. Buna görə də mütləq imsaka durmaq lazımdır. Səhər yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq lazımdır və kəpəkli çörək yeyilməsi məsləhətdir. Çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec sovrulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır. Ağ çörək 4 dəfə tez sovrulduğu üçün qanda şəkərin miqdarı yeməkdən sonra çox qalxır və tez də düşür. Sahur zamanı yumurtaya üstünlük verilməlidir. Suda qaynadılmış olsa daha yaxşı olar. Yumurtanın tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış parça ət də bu yöndən faydalıdır. 3-4 ədəd xurma da çox faydalıdır. Xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ vardır. Kəpəkli makaron, yerli düyü çox faydalı qida vasitəsidir. Karbohidrat balansını qorumaq üçün imsakda balı, kərə yağı ilə istifadə edə bilərsiniz. Doğrudur bal oksidləşmə prosesini artırır və adamı tez acıdır. Amma itirilmiş enerjini bərpa etmək üçün bal ən gözəl vasitədir.

Dəstəmaz haqqında bilmədiyiniz 10 heyrətamiz gerçək

Duzsuz pendir, qaymaq, xama yemək faydalıdır. Süddə bişmiş yulaf və ya müsli yemək də faydalıdır. İmsak amanı həmçinin bol-bol su içilməlidir. Köp olmaması üçün razyana ilə çobanyastığı qarışıqlı çay içmək məsləhətdir. Susuzluğun qarşısını almaq üçün limonlu çay və ya məkkə gülündən dəmlənmiş çay içmək məsləhətdir.

1 xörək qaşığı məkkə gülü çiçəklərini 3 stəkan suya tökün. Üzərinə 2 ədəd çubuq darçın, 2 ədəd alma və 2 xörək qaşığı bal və şəkər tozu əlavə edin. Zəif odun üzərində 5 dəqiqə qaynadın. Sonra soyuducuya qoyun və səhər imsakda için. Bu içki həm dadlı, həm də susuzluğun qarşısını almaq üçün əla vasitədir.

İftarda nə yeməli?

Ümumiyyətlə ilk olaraq onu deyək ki, iftar 2 hissəyə bölünməlidir. Birdən-birə mədəni çox yükləmək olmaz. Çünki aclıq zamanı metabolizma (maddələr mübadiləsi) zəifləyir. Bu zaman köp, sancılar və qəbizlik baş verə bilər. Yeməyə su ilə başlayın. Sonra sulu yeməklərə üstünlük verin. Çalışın süfrənizdə mövsümi meyvələr bol olsun. Əsasən xurmadan daha çox istifadə edin. Xurmanın tərkibində həm zəngin karbohidrat, həm zülal, həm də yağ vardır. Süfrədə qatıq, ayran, salat, göyərti olsun. Mədəsində qıcqırma olan varsa, qatığı kefirlə əvəzləsin. Sulu yeməkdən sonra bir az istirahət edin. Bu zaman idman hərəkətləri və ya namaz qılmaq çox faydalı və həzmə kömək edir.

Dəstəmaz haqqında bilmədiyiniz 10 heyrətamiz gerçək

Bundan sonra enerjili yeməklər yeyə bilərsiniz, yenə də ağ çörək istifadə etməyin. Lifli yeməklərə, meyvələrə və quru meyvələrə üstünlük verin. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısınıalmaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri istəsəniz tək-tək, istəsəniz hansını tapa bilsəniz bir-birinə qarışdırıb çay dəmləyib içə bilərsiniz. Adi çay içən zaman limondan istifadə edin. Çünki insan uzun müddət ac qaldığı zaman qanın qatılığı artır. Limon isə qan durulaşdırmaq üçün təbii vasitədir. Əgər təzyiqinizin düşməsindən narahatsınızsa, çayınıza bal və yaşəkər tozu qarışdırın. Yaxşı qidalanmaq lazımdır, çünki sabah yenə oruc tutulmalıdır.

Allah orucunuzu qəbul etsin

http://fizulihuseynov.com/