Xoşbəxtliyin 6 qanunu

Bizim də bir müsəlman olaraq bu çətin və sıxıntı ilə keçən zamanımızı bir fürsətə çevirib həm imtahanlarımızdan Allah təalanın razılığını qazanmış bir şəkildə keçmək, həm də hər anımızı xoşbəxt keçirmək üçün bəzi düşüncələrimizi dəyişdirməyimiz lazımdır.

Allah təala mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan Cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Onlar orada əbədi qalacaqlar. Allah`dan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə 72)

Belə ki, əməl edildiyi zaman faydalı olmasını Rabbimizdən arzu etdiyimiz xoşbəxtliyin 6 qanunu:

1. Uşaqlarımıza danışdığımız Yusuf əleyhissalam, Yaqub əleyhissalamın hekayələrini böyüklərin hekayələrinə çevirək. Əslində bu həyatın sirləri bu 25 peyğəmbərin həyatında cəmlənib. Artıq müsəlman olaraq bu 25 peyğəmbərin həyatından həyatı xilas edəcək 25 qaydanı çıxarmağa çalışaq.

2. Ömrümüzün Allah`ın əlində olub olmadığına olan inancımıza baxaq. Həqiqətən ömrü bizə Allah təala verib və istədiyi zaman ala bilirmi, yoxsa antibiotiklə bir az da bu ömrü uzada bilərikmi?

3. Müqəddəs kitabımız olan Quran “innəllahə məassabirin”- “Allah səbir edənlərlə bərabərdir” deyir. Həqiqətən Allah təala bizimlə bərabərdirmi, elə deyilmi? Bunu da bir daha nəzərdən keçirək. Əgər Allah təala bizimlə bərabərdirsə, nəyə görə dünya bizə dar gəlir?

4. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Sıxıldığın və ya dara düşdüyün vəziyyətlərlə qarşılaşdığın zaman da “Lə həulə valə quvvətə illə billəh” (Güc və qüvvət yalnız Allah`a məxsusdur) deyin. Bununla Cənnətin xəzinələrini əldə edərsiniz”.

5. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Oturub kaş ki, bu işi etməyəydik deməyin. Belə etdiyiniz zaman şeytanın əlinə açar vermiş olursunuz”. Şeytan elə hiyləgərdir ki, o gün sizi zülm etməyə vadar edir, bu gün də o sizi zülümlə (peşmançılıqla) əzir. O bunu kaş ki, deyərək keçirdiyiniz vaxtı ibadətlə keçirməyinizə mane olmaq üçün edir. Bu barədə Allah belə buyurmuşdur: “Yaxşılıqlar pislikləri silər!”.

6. Dünyada yaşayırıq. Adəm əleyhissalamın övladlarıyıq və Adəm əziyyətin atasıdır. Biz əziyyəti və ailənin içindəki keçimsizliyi, dolanışıq problemini Adəm əleyhissalamdan və onun ilk uşaqlarından aldıq. Amma bir şeyi də götürdük: Allah təala Ona sığınan qulunu tək buraxmaz.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar