Skip to main content


Allah təala zəncir vurmuş, sən açma

Açıqlama:

İnsanın azğın düşməni olan şeytan, insanlara qarşı günün hər bir saatında mərhəmətli olaraq Rəbb`inə ibadət etməyini istəməz. Düşmən elan edilən şeytan, ixlas sahibi olan müsəlmanları ovlamaqda olduqca güc sərf edər. İnsanlara qarşı çox mərhəmətli olan Allah təala insanlara qarşı şeytanın hiylələrindən bəhs etmiş, şeytanın hiylələrini boşa çıxardacaq əməllər təqdim etmiş, tövbə qapısını daima açıq tutmuş şeytanın hiyləsinə aldanan insanların xilas olma yollarını onlara göstərmişdir.

Bir cümlədən ibarət olan bu hədisdə Peyğəmbərimiz salləllahu əleyhi və səlləm ümmətinə çox gözəl müjdələr verir. Belə demək olarsa, öz əlləriylə günah vaqonlarına mindirən şeytan o ay iş görə bilməyəcək vəziyyətə düşmüş olur.

Subhənallah! Bu nə mərhəmətdir ya Rəbb`i! Şeytana “dur” deyəcək gücümüz olmadığı üçün Allah təala şeytanı zəncirə vurur.

Bu hədisin ilk oxunuşunda şeytanın, insanı bir dəfəlik buraxacağını zənn edərdim. Amma elə deyilmiş sən demə. Ramazan ayında oruc tutan bir insan günün əksər hissəsində:

1-Siqaret çəkməyəcək. (siqaret çəkənləgə deyirəm) Hər siqaret çəkəndə günah qazanacaqdı. Həmin zaman içərisində siqaret ilə ovlanamayacaq.

2-Çox danışıb qiybət dedi-qodu və dilin bir çox çirkin vərdişlərindən uzaq qalacaq. Çünki oruclu ikən danışmaq insanı yoracağı üçün heç kim kimsə danışmaq istəməz.

3-Bədən və göz zinasından uzaq durmağa çalışacaq.

4-Ramazan ayında oxunan Quranlar bir yandan hər hərfinə görə on savab qazandırar, digər yandan günahları sevimsiz hala gətirər.

5-Ramazan ayında insanların qonaq etmək və sədəqə vermək kimi anlayışları yenilənər. Beləcə paxılliq kimi pis vərdişlərdən xilas olan insan şeytanın əməyini boşa çıxarmış olar.

6-Allah təalanın “evim” dediyi məscidlər daim gedilən bir yer halına gələr, dolar və daşar. Məscidlərdə qılınan namazlar və oxunan Quranl xüşu verər. Alınan xüşu, həyata müsbət təsir bağışlayacağından günahlar çirkin, ibadətlər sevimli gələr. Günahları çirkinləşdirən səbəb, Ramazan bərəkətidir.

7-Ramazan, kasıbların hallarından bəhs edərək insanın mərhəmət duyğusunu inkişaf etdirər. İnkişaf edən mərhəmət bir çox xeyirlərin işlənməsinə səbəb olur.

Bəli. Ramazan ayında şeytan bir çox günah zərflərini insanlara çatdırmaqda olduqca çətinlik çəkir. Günah işlətməkdə çətinlik çəkdiyi kimi bir çox xeyirlərində işlənməsini qabaqlaya bilmiz. Subhənallah! Ey biz qullarına xeyir qapılarını axıra qədər açan çox mərhəmətli olan Allah! Şeytanları zəncirə vurdurduğun üçün sənə həmd edirik.